Email yazışmalarında Tramp oğulun Rusiya hökumətinin vəkillə görüşə dəvət edildiyi yazılıb. Məktubda Rusiya və Rusiya hökumətinin Trampa dəstək verdiyini sübut edən olduqca həssas məlumat veriləcəyi bildirilib.
Ağ Evin sözçüsü Sara Hakabi Sanders bunun yerinə prezidentin bir sətirlik bəyanatını səsləndirib.
Sara Hakabi Sander - Ağ Evin mətbuat katibi
“Prezident Donald Trump bildirir - "Mənim oğlum yüksək keyfiyyətli şəxsiyyətdir və mən onun şəffalığını alqışlayıram. Bundan əlavə mən bu məsələ ilə əlaqəli hər şeyi oğlumun vəkilinə və vəkildən başqa hər yerə göndərəcəm. Bundan artıq heç nə əlavə edə bilmərəm.”
Müxalif demokratlar bu açıqlamalara kəskin reaksiya verərək, email yazışmalarının Ağ Evin kampaniya rəsmilərinin Klinton əleyhinə Rusiya ilə konspirasiyasını lağa qoymaq mahiyyəti daşıdığını deyib.
Çak Şumer - Senatın Demokrat lideri
“Emaillər administrasiyanın sonuncu ideyasıdır. Prezidentin isə nə koorniyasiya etmək, nə də bunu gizlətmək niyyətinə dair heç bir dəlil yoxdur."
Respublikaçılar emaillərin vəkilin Kreml agenti olduğunu danması ilə belə pis göründüyünü desə də, burada kompromotiv heç bir məlumatın olmadığını bildirib.
Senatın çoxluq lideri Mitç Makkonnell hazırkı araşdırmalara dəstək verib.
"Mən araşdırmalara aparan kəşfiyyat komitəsinin işinə tam etibar edirəm. Top Senator Burr və senator Uarrenin əlindədir və biz onları daha sonra dinləyəcəyik.”
Donald Trampın oğlunun emailləri əvvəllər heç zaman olmayan leqal suallar qaldırıb. Seçki qanunları üzrə ekspert Ceyms Qardner Skype vasitəsi ilə Amerikanın Səsinə danışıb.
“Bu, presidenti olmayan bir haldır. Qanunda bununla bağlı maddələr var. Lakin, onlara heç vaxt müraciət edilməyib. Hazırkı durum olduqca qeyri-adidir.”
Tramp oğul isə yanlış iş görmədiyini və rusiya vəkilindən dəyərli heç bir məlumat almadığını deyib.