ABŞ prezidenti New York Times-a Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsinə dair təhqiqata rəhbərlik edən şəxsin Tramp ailəsinin maliyyə məlumatlarını yoxlamasının məsələ ilə heç bir əlaqəsi olmadığını deyərək, bunun qəbuledilməz olduğunu bildirib.
Tramp Rusiyadan gəlir əldə etmədiyini və ümumiyyətlə Rusiya ilə heç bir biznes əlaqəsi olmadığını deyib.
Tədqiqatı aparanardan birini - Federal Təhqiqat Bürosunun rəhbəri Ceyms Komini Trump bir müddət öncə işdən azad edib. Tədqiqat qrupuna həm də baş prokuror Ceff Seşşon, habelə Ədliyyə Nazirliyinin xüsusi müşaviri Robert Müller daxildir.
Trampın bu açıqlaması onun oğlu kiçik Donald Tramp və seçki kampaniyasının rəhbəri Pol Manafortonun iyulun 26-da Senatın hüquq komitəsində ifadə verməyə razılaşmalarından sonraya təsadüf edir.
Hər iki şəxs bu məsələ ilə bağlı xüsusilə də onların seçki kampaniyası dönəmində rusiyalı vəkil Natalia Veselnitskaya ilə görüşmələri bəlli olandan sonra diqqət mərkəzindədir. Rusiya telenakalına müsahibəsində Veselnitskaya özü də ifadə verməyə hazır olduğunu bildirib.
İyulun 11-də oğul Trampın öz tvitter hesabında yaydığı e-maillərdən bəlli olur ki, o, atasının seçki kampaniyasına kömək edəcək “həssas informasiya” təklif edən rusiyalı vəkil Natalia Veselnitskaya ilə görüşə razılıq verib. Oğul Tramp onu da qeyd edib ki, görüş onlara heç bir fayda verməyib.