Amerika müsəlmanlarının seçkilərin nəticəsinə münasibəti [Video]

Your browser doesn’t support HTML5

Amerika müsəlmanları Birləşmiş Ştatlarda həyata keçirilən bir neçə terror hücumundan sonra müsəlmanlara ölkəyə daxil olmağa qadağa qoyacağını deyən yeni prezidentin hakimiyyəti dövründə yaşamağa hazırlaşır.

Miçiqan ştatının Dearborn şəhərindəki Ərəb-Amerika Milli Muzeyindəki insanların çoxu Trampın prezident seçiləcəyinə inanmırdı. “Tramp irqçilik və fanatizm fikirləri ilə irəli getdi. O, bunu səslərın qarşılığında edirdi və biz nəticəni televiziyada gördük. Bu, qorxulu fikirlərdir.”

Miçiqanın Nümayəndələr Palatasına yarışlarda Abdulla Həmmudin qələbəsi seçki gecəsi çaşqınlıq yaşatmışdı. “Çox ziddiyyətlidir. Dearborn tarixində ilk dəfə amerikalı ərəb müsəlman Nümayənədlər Palatasına seçilsə də, ştat səviyyəsində, eləcə də ölkə boyu Trampın prezidentliyi dəstəklənir.”

Abdulla Həmmud eyni səsvermədə onu dəstəklətyənlərin Trampa səs verdiyini bilir. “Bu gün ailəmlə birlikdə qələbəmi qeyd etmək, sabah isə hicab geyən anama və arvadıma küçəyə çıxanda ehtiyatlı olun demək qorxuludur.”

Aşa Nur: “Bu, fanatizm və irqçiliyin baş qaldırdığı deməkdir. Bu, mənə heç vaxt post-irqçi cəmiyyətdə yaşamadığımı göstərdi. Bu həm də bəzi icmaların bu cəmiyyətdə qəbul olunmadığını göstərdi.”

Lakin qorxu və narahatlıqların hökm sürdüyü bir vaxt Ərəb İcması Mərkəzinin İqtisadi və Sosial Xidmətlər mərkəzində işləyən Aşa Nur ölçülər götürməyə hazır olduğunu deyir. “Biz mesajımızı buradan göndəririk. Biz insanlara kim olduğumuzu bildirmək istəyirik. Biz heç bir yerə getməyəcəyik. Bura hamının olduğu kimi, bizim də vətənimizdir. Bizim də bu ölkədə əməyimiz var.”

“Ərəb-Amerikalıların Xəbəri” qəzetinin redaktoru Üsəma Siblaninin dediyinə görə, amerikalı müsəlmanların çoxu Hillari Klintonun namizədliyindən razı olmasalar da, ona səs verdi. “Onlar bu seçkilərdən narazı idilər. Mən inanmıram ki, hansısa amerikalı müsəlman və ya amerikalı ərəbin istədiyi namizəd var idi. Onlar Kintona Donald Trampa qarşı olduğuna görə səs verib.”

“Ərəb-Amerikalıların Xəbəri” üçün bu, tarixi seçkilər idi. Qəzetin 32 illik tarixində ilk dəfə idi ki, bu qəzet prezidentliyə namizədi dəstəkləmirdi. Siblani nəinki namizədi dəstəkləmədi, o, heç respublikaçı namizədə səs belə vermədi. “Mən özüm respublikaçıyam, ya da respublikaçı idim. inanırdım. Mən artıq hesab edirəm ki, Respublikaçı Partyası zədələnib və bunu təmir etmək üçün güclü iş aparılmalıdır.”

Bu vəzifə isə respublikaçıların nəzarətində olan Nümayəndələr Palatası və Senatla işləyəcək respublikaçı prezident Donald Trampın üzərinə düşür.