Tramp və Corciyada seçki işi ilə əlaqədar ittihamla üzləşən digər 18 nəfər həbsxanada qeydiyyata alınıb

Donald Tramp tərəfdarları və jurnalistlər Atlantada Fulton Mahalı Həbsxanasının önündə toplaşıb. 24 avqust, 2023.

ABŞ-ın Cənub-Şərqi Corciya ştatında seçki saxtakarlığı işi ilə ittihamlarla üzləşən 19 müttəhimin hamısı, o cümlədən keçmiş prezident Donald Tramp, cümə günü günorta saatlarına qədər polis tərəfindən qeydiyyatta alınmaq üçün Atlanta həbsxanasına daxil olub.

Tramp cümə axşamı Fulton Mahalı Həbsxanasına gedəndən sonra, yeddi başqa müttəhim də cümə günü polisə təslim olub. Digərləri isə bu həftənin əvvəlində həbsxanaya getmişdi.

Məhkəmə qeydlərinə əsasən, biri istisna olmaqla 19 müttəhimin hamısı məhkəmə rəsmilərinin təyin etdiyi girov şərtlərinə razılaşaraq girov qoyub və qeydiyyata alınandan sonra həbsxananı tərk edib.

Fulton Mahalının seçki işçisini təqib etməkdə ittiham olunan Harrison Vilyam Preskott Floyd isə cümə axşamı təslim olandan sonra həbsxanada qalıb.

Floydun zaminə buraxılmaq tələbinin rədd edilib-edilmədiyi və ya girov pulunu ödəyə bilib-bilmədiyi məlum deyil.

Tramp vəkillərinin bu həftənin əvvəlində Fulton Mahalının prokuroru Fani Uillislə üzərində razılaşdıqları 200 min dollarlıq girov ödəyib.

Sabiq prezident iddia olunana görə, Corciyada 2020-ci il prezident seçkisi nəticələrini ləğv etmək səyləri ilə əlaqəli olan reketlik və konspirasiya ittihamları ilə əlaqədar cümə axşamı Atlanta həbsxanasına 20 dəqiqə vaxt keçirib.

Bu, son beş ayda artıq dördücü dəfədir ki, Tramp həbsxanada qeydiyyata alınır.
Atlanta hava limanında təyyarəsinə minmədən öncə Tramp həbsi ilə bağlı jurnalistlərlə qısa açıqalama verib.

"Burada baş verənlər ədalətin parodiyasıdır. Biz səhv bir şey etməmişik. Mən səhv etməmişəm və bunu hamı bilir" deyə Tramp bildirib. "Onların etdikləri seçkiyə müdaxilədir," o əlavə edib.

"Biz yanlış heç nə etməməişik və bizim ədalətsiz olduğunu düşündüyümüz seçkiyə etiraz etmək üçün hər cür hüququmuz var," Tramp əlavə edib.

O, jurnalistlərin suallarını cavablandırmqadan yayınıb.

ABŞ-ın başqa heç bir sabiq prezidentinə qarşı cinayət ittihamı irəli sürülməyib.

Lakin Tramp hazırda prezidenliyi müddətində, ondan öncə və sonra atdığı iddia olunan addımlara görə 91 ittihamla üz-üzədir.

O, Corciya ştatında 13 ittihamla üzləşir. Uillis cümə axşamı onun və onunla birgə mühakimə olunan 18 nəfərin məhkəməsinin 23 oktyabra təyin edilməsinə çağırıb. Ancaq Tramp və digərləri məhkəmənin iki ay sonra başlamasına etiraz edə bilər.

Çox güman ki, yekun məhkəmə tarixini Fulton Mahalının Ali Məhkəməsinin hakimi Skott MakAfi təyin edəcək.

Qarşılaşdığı bir sıra ittihamlara baxmayaraq, Tramp Demokratların ehtimal edilən namizədi prezident Co Baydenə qarşı mübarizə aparmaq üçün partiyanın 2024-cü il prezidentliyə namizədliyi üçün əsas Respublikaçı namizəddir.

77 yaşlı Tramp hər hansı bir işdə təqsirli bilinərsə, illərlə həbs oluna bilər.

O bütün ittihamları rədd edib və ona qarşı dörd işi davam etdirən üç prokuroru və məhkəmə proseslərinə nəzarət etmək üçün təsadüfi seçilmiş dörd hakimdən ikisini kəskin təqib edib. O iddia edib ki, ona qarşı irəli sürülən ittihamlar onun 2024-cü ildə prezidentlik vəzifəsinə qayıtmaq üçün apardığı seçki kampaniyasına mane olmaq məqsədi daşıyan siyasi ifritə ovudur.

Corciyada sərbəst buraxılması üçün zaminə razılaşan Tramp həmçinin sosial media platformalarında da daxil olmaqla, şahidləri təhdid etməməyə və ya qorxutmamağa razılaşıb.