Tripoli aeroportu yaxınlığında toqquşma olub

  • Asgar Asgarov

Tripoli aeroportu yaxınlığında toqquşma olub

Liviya rəsmiləri deyirlər ki, Tripoli beynəlxalq aeroportu yaxınlığında atışma baş verib. Ölkənin ali hərbi rəsmisini daşıyan konvoy aeroporta nəzarət edən silahlı dəstə ilə toqquşub.

Ordu sözçüsü Əbdül Razik əl-Şibahi qərbi Zintan şəhərindən olan silahlı dəstəni general Xəlifə Haftarı öldürmək cəhdində ittiham edib. O, Associated Press-ə bildirib ki, Zintan döyüşçüləri ordu qüvvələrinin onlara hücum etdiyini güman edib.

Zintan bğölməsinin döyüşçüləri Haftarı öldürmək cəhdi barədə deyilənləri rədd ediblər. Onlar toqquşmaya görə onlara aeroporta gəldiklərini xəbərdar etməyən ordunu günahlandırıblar.

Qrupun üzvləri aeroportda gedən yolda nəzarət postları quraşdırıblar. General Haftarın konvoyu aeroporta gedərkən yoxlama məntəqələrinin birində dayanmamış və bu üzdən döyüşçülər onu təqib etmişlər.

General Haftar hadisələr barədə heç nə deməyib.