ABŞ-ın maliyyə naziri Çində rəsmi səfərdədir

ABŞ maliyyə naziri Canet Yellen iki ölkə arasındakı gərgin münasibətlərin həlli məqsədi ilə Çin rəsmiləri ilə görüşmək üçün cümə axşamı Pekinə gedib.

Maliyyə Nazirliyinin rəsmiləri səfərdən əvvəl Yellenlə qlobal iqtisadiyyatın sabitləşdirilməsini, eləcə də Rusiyanın Ukraynaya müdaxiləsi zamanı Çinin Rusiyaya verdiyi dəstəyi müzakirə edəcəyini bildirib.

Yellenin Çin prezidenti Şi Tsinpinlə görüşü gözlənilmir. Onun bazar gününə qədər davam etməsi planlaşdırılan səfəri ABŞ Dövlət katibi Antoni Blinkenin keçən ay Pekinə səfərindən sonra baş tutub.

Yellen bu həftənin əvvəlində Çinin ABŞ-dakı səfiri Şi Fenlə görüşüb. Maliyyə Nazirliyi Yellenin "narahatlıq doğuran məsələləri qaldırdığını, eyni zamanda iki ən böyük iqtisadiyyatın qlobal problemləri, o cümlədən makro-iqtisadi və maliyyə məsələləri üzrə birgə işlərin vacibliyini çatdırdığını" bildirib.

Çin dövlət mediası xəbər verib ki, Şi iki ölkənin müdaxiləni aradan qaldıracağına və dialoqu gücləndirəcəyinə ümid etdiyini bildirib.