Transgender ata haqda sənədli film [Video]

Your browser doesn’t support HTML5

"Bu Gündən Belə” adlı sənədli filmində rejissor Şeron Şattak ailəsinə özünü daxilən qadın hiss etdiyini deyən və cinsiyyətini dəyişmək qərarına gələn atasından bəhs edir. “Mən hələ məktəbdə oxuyurdum, atam mənə dedi, Şeron, ümid edirəm ki, sən ərə gedəndə sənin nikah mərasimində qadın paltarı geyməyimə icazə verəcəksən” deyə, rejissor bildirir.

Şeron Şattak ailəsi haqda hekayəni özünün “Bu Gündən Belə” sənədli filmində canlandırmaq qərarına gəlir. “Bu filmin çəkilişində keçdiyim təcrübə mənə Trişa və Marşanın durumunu daha yaxşı anlamağa yardım etdi.”

Şeronun anası Marşa indi adı Trişa olan əri ilə ayrılmamaq qərarına gəlir. Lakin Şeron bunun asan olmadığını deyir. “Onlar küçədə əl-ələ gəzəndə, hamı onların lesbian olduqlarını düşünür.”

Seron Şattak deyir ki, belə bir hal onların uşaqları üçün də çətin idi, əsasən də kiçik bacısı üçün. Şeron trans-genderlərin homoseksual deyil, səhv cinsdə doğulduqlarını deyir. “Sizin hansı genderdə olmağınızla hansı genderdən xoşunuz gəlməniz arasında fərq var. Mənim atam Trişa mənim anamla evlənəndən sonra ona qəribə hiss keçirdiyini demişdi. Lakin zaman keçdikcə o daha çox qadın olmağa başladı.”

Bəzi kiçik əməliyyatlar etməsinə baxmayaraq, digər trans-genderlərin etdiyi kimi Trişanın cinsini dəyişmək fikri yoxdur. Şeron Şattak deyir ki, bu, onun valideylərinin evliliyinin sonu olar. O, trans-gender olan çox ailənin dağıldığını deyir. Buna misal kimi o, Kardaşyanlar ailəsini gətirir. Olimpiya çempionu Brus dönüb Keytlin olduqdan sonra həyat yoldaşı Kris Cenner ondan boşandı.

Şattaksın ailəsi haqda çəkdiyi “Bu gündən belə” kimi film indiyədək çəkilməyib. Bu filmi ilə rejissor cəmiyyətin trans-genderləri başa düşəcəyinə və onları qəbul edəcəyinə ümid bəsləyir.