Trampın vəkilləri Senatdakı impiçment məhkəməsində onu müdafiə edir

Cey Sekulov və Pat Kippolone

Nümayəndələr Palatasının mecerləri üç gün boyunca Trampın impiçment məhkəməsi zamanı iddiaları təqdim edəndən sonra ABŞ prezidenti Donald Trampın vəkilləri də şənbə günü Senatda öz əks-iddialarını təqdim etməyə başlayıb.

Ağ Evin müşaviri Pat Kippolone Trampın müdafiəsinə başlayarkən Nümayəndələr Palatasının Demokrat menecerlərinin məqsədlərinə çatmadıqlarını söyləyib.

“Biz onların ‘sübut yükünü' əldə etmədiklərinə inanırıq” – Kipollone deyib.

Kippolone Respublikaçıların Demokratların impiçment prosesinin Trampın 2016-cı ildə əldə etdiyi qələbəsini ləğv edəcəyinə və noyabrda keçiriləcək seçkidə seçicilərin seçimlərini azladacağına dair tənqidini yenidən vurğulayıb.

Adam Şiff

"Onlar Amerika tarixində seçkiyə ən böyük müdaxiləni həyata keçirəcəklər və biz buna icazə verə bilmərik. Bu, bizim Konstusiyamızın, tariximizin və gələcək qarşısındakı öhdəliklərimizin pozuntusu olacaq. Ən əsası isə bu Amerika xalqının sizə göstərdiyi müqəddəs etimada ləkə salacaq", o deyib.

Ağ Evin müşavirin müavini Maykl Purpura isə öz iddialarını təqdim edərkən Nümayəndələr Palatası menecerlərindən Adam Şiffin öz çıxışında Trampın iyulun 25-də Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığnı yamsıladığını göstərən video paylaşıb.

"Bu saxtadır. Bu həqiqi telefon danışığı deyil, bu dəlil deyil", Purpura deyib.

Şiff dinləmədən sonra telefon danışığı ilə bağlı şərhlərinin prezidentin telefon danışığında demək istədikləri ilə uyğun gəldiklərini söyləyib.

Volodimir Zelenski və Donald Tramp

Tramp Ukraynanı sabiq vitse-prezident Co Baydenlə bağlı korrupsiya təhqiqatı aparmağa təzyiq göstərməkdə günahlandırılır. O həmçinin prezident Volodimir Zelenski açıq şəkildə Baydenlə bağlı təhqiqatın aparıldığını demədiyi və 2016-cı ildə Trampın kampaniyasına mane olmaq məqsədilə ABŞ prezident seçkilərinə Rusiyanın deyil, Ukraynanın müdaxilə etdiyinə dair nəzəriyyəni qəbul etmədiyi təqdirdə Ukraynaya hərbi yardımı dayandırmaqda ittiham olunur. Baydenlərin əleyhinə heç bir sübut üzə çıxmayıb.

Trampa qarşı impiçmentin iki maddəsi irəli sürülüb: vəzifəsindən sui-istifadə etmək və Konqresin onun Ukrayna ilə bağlı hərəkətlərini təhqiq etmək səylərinin qarşısını almaq.

Tramp proses boyunca Zelenski ilə telefon danışığında yanlış heç nə etmədiyini deyib və yarım saat davam edən telefon danışığın “mükəmməl” keçdiyini deyib.