Tramp özünün ilk universitet məzuniyyəti nitqini söyləyib

Şənbə günü ABŞ prezidenti Donald Tramp ölkənin ən böyük xristiyan universiteti olan Liberty Universitetində ilk məzuniyyət çıxışını edib.

Virciniya ştatının Linçburq şəhərində yerləşən universitetin builki məzunlarının sayı 18,000 nəfərdir. Prezident Tramp bu auditoriya qarşısında çıxış etdiyi üçün məmnunluq hiss keçirdiyini bildirib.

Universitetin rektoru Cerri Folvel seçki kampaniyası dövründə Trampın ilk dəstəkçilərindən biri olub. O, Trampın ağ evanqelistlərinin 80 faizinin səsini qazanmasına yardımçı olub.

Pew Araşdırma Mərkəzinin sonuncu rəy sorğularından məlum olub ki, ağ evanqelistlərin dörddə üçü Trampın ilk 100 gün gördüyü işlərdən razı qalıblar. Xatırladaq ki, ölkə üzrə bu göstərici cəmi 39 faizdir.

Xristiyan konservativlər hakim Nil Qorsaçın Ali Məhkəməyə təyin edilməsindən və yeni hökümətə bir neçə konservativ üzvlərin təyinatından məmnundurlar.

Bu, Trampın Liberty Universitetində ikinci çıxışıdır. Onun ilk çıxışı seçki kampaniya dövründə baş tutmuşdu.