Tramp məruzəsində ciddi dəyişiklikləri əhatə edən iddialı siyasi proqramını açıqlayıb [VİDEO]

Your browser doesn’t support HTML5

Prezident Trampın Konqres qarşısında məruzəsi

Prezident Donald Tramp Konqres qarşısında ilk məruzə ilə çıxış edib. O, “Amerika ruhunun dirçəlişi” adlı məruzədə ölkə iqtisadiyyatının canlandırılması, sərhədlərin gücləndirilməsi, hərbi xərclərin artırılmasl və səhiyyə xidmətlərinin yenilənməsinə dair geniş planının əsas müddəalarını açıqlayıb. Bu siyasi priorietlərin növbəti aylar ərzində debatların əsas mövzusu olacağı gözlənilir.

​Birləşmiş Ştatların sərhədlərinin gücləndirilməsi də daxil olmaqla, siyasi prioritetlərini açıqlayan Donald Trampın çıxışı respublikaçılar tərəfindən hərarətlə, demokratlar tərəfindən isə təmkinlə qarşılandı.

ABŞ prezidenti Donald Tramp Konqres qarşısında məruzə edir

Donald Tramp: “Biz bütün amerikalıların uğur qazanmasını istəyirik, amma bu, qanunsuz qarışıqlır kimi bir şəraitdə baş vermir. Biz sərhədlərimizin bütövlüyünü və qanunun aliliyini bərpa etməliyik. Bu səbəbə görə biz cənub sərhədində böyük bir divarın inşasına başlayacağıq.”

Amerika yeni dostlar tapmaq və yeni bərabər qarşılıqlı tərəfdaşlıq münasibətləri qurmaq istəyir. Biz harmoniya və sabitlik istəyirik, müharibə və münaqişə yox.
Donald Tramp

Tramp bildirib ki, onun proqramı vergi islahatı, amerikalı işçilər üçün daha yaxşı ticarət sövdələşmələri və prezident Barak Obamanın səhiyyə xidmətlərinə dair qanunun dəyişdirilməsi daxil olmaqla, onun öz sözlərilə “Amerikanın möhtəşəmliyinin yeni səhifəsinin” açılmasından xəbər verir.

Donald Tramp: “Obamacare dağılır və biz bütün amerikalıları müdafiə etmək üçün qətiyyətlə hərəkət etməliyik.”

Tramp Amerikanı terrorçulardan qorumağa söz verib, amma yeni zamanda dünya ilə birbaşa, sağlam və konstruktiv əlaqələr qurulmasını təklif edib.
Dar düşüncələrə son qoymaq vaxtıdır. Mənasız mübarizə arxada qaldı. Bizə ürəklərimizdəki arzuları bölüşmək üçün iradə lazımdır. İçərimizdə olan ümidləri ifadə etmək üçün cəsarət lazımdır və bu ümidlər və arzuları üçün əminlik lazımdır.
Donald Tramp

Donald Tramp: “Amerika yeni dostlar tapmaq və yeni bərabər qarşılıqlı tərəfdaşlıq münasibətləri qurmaq istəyir. Biz harmoniya və sabitlik istəyirik, müharibə və münaqişə yox.”

Prezident yanvar ayında Yəməndə Əl-Qaidənin bazasına reyd zamanı həlak olmuş hərbi dəniz qüvvələrinin xüsusi təyinatlı dəstəsinin üzvü Rayan Ouensin xatirəsini anaraq, Rayanın qonaqlar üçün lojada əyləşmiş həyat yoldaşına üz tutub.
Donald Tramp: “Rayan necə yaşayıbsa, elə də həlak olub: terrorizmə qarşı mübarizə aparan və ölkəmizi müdafiə edən bir döyüşçü və qəhrəman kimi.”

Tramp ölkəni bölmüş seçkidən sonra yenidən birliyə çağırıb və amerikalıları daha geniş düşünməyə səsləyib.

hərbi dəniz qüvvələrinin Yəməndə həlak olmuş xüsusi təyinatlı dəstəsinin üzvü Rayan Ouensin həyat yoldaşı Karrin Rayan

Donald Tramp: “Dar düşüncələrə son qoymaq vaxtıdır. Mənasız mübarizə arxada qaldı. Bizə ürəklərimizdəki arzuları bölüşmək üçün iradə lazımdır. İçərimizdə olan ümidləri ifadə etmək üçün cəsarət lazımdır və bu ümidlər və arzuları gerçəkləşmdirmək üçün əminlik lazımdır.”

Biz Amerikanı prinsiplərimizdən və bizim müharibə və terrordan qaçanlara kömək etmək kimi mənəvi borcumuzdan geri çəkilməyərək, ailələri ayırmadan və xarici ölkələrdə hərbçilərimizi təhlükə altına qoymadan müdafiə edə bilərik.
Stiv Beşer

Kentukki ştatının keçmiş qubernatoru Stiv Beşar demokratların adından müxalif partiyanın rəsmi müraciəti ilə çıxış edib. O, Trampı Obamacare proqramının dəyişdilrilməsi və mühacirətə məhdudiyyətlərə görə tənqid edib.

Stiv Beşer: “Prezident mühacirət qanunlarını gücləndirə bilər və onları gücləndirməlidir. Lakin biz Amerikanı prinsiplərimizdən və bizim müharibə və terrordan qaçanlara kömək etmək kimi mənəvi borcumuzdan geri çəkilməyərək, ailələri ayırmadan və xarici ölkələrdə hərbçilərimizi təhlükə altına qoymadan müdafiə edə bilərik. “

Hazırda Tramp və Konqres üzvləri qarşısında bu iddialı proqramın həyata keçirilməsinə kimi vəzifə durur və gərgin iş indi başlayır.