Tramp yeni "yaşıl kart"ların verilməsini müvəqqəti dayandırır

Your browser doesn’t support HTML5

Tramp administrasiyası 60 gün ərzində Birləşmiş Ştatlara mühacirəti dayandırır. Bu, xüsusilə "yaşıl kart" adı ilə tanınan daimi yaşayış icazəsi almaq istəyənlərə aiddir. Tramp bu addımların koronavirus pandemiyasının təsirinə məruz qalmış amerikalı işçilərin müdafiəsi üçün atıldığını bildirib.

ABŞ prezidenti Donald Tramp amerikalı işçilərin müdafiəsi məqsədilə daimi yaşayış almaq istəyənlər üçün mühacirətin 60 gün ərzində dayandırıldığını bildirib.

“Virusa görə işlərini itirmiş amerikalıların xaricdən yeni mühacir qüvvəsi ilə əvəz olunması yanlış və ədalətsiz olardı.”

Ağ Ev planın detallarını açıqlamayıb, lakin Tramp bu fermalarda mövsüm ərzində müvəqqəti işləyənlər üçün istisnaların olacağını deyib.

“Fermerlərə bunun heç bir təsiri olmayacaq. Biz bunu daha da asanlaşdıracağıq və biz bu işçilərin gəlib fermalarda işləməsi prosesini daha da yaxşılaşdırırıq.”

Trampın bütünlüklə yaşıl kart prosesini, ya da yeni müraciətləri dayandırıb-dayandırmadığı və bunun Amerika vətəndaşlarının həyat yoldaşları da daxil olmaqla, ailələrə şamil olunub-olunmayacağı aydın deyil.

ABŞ-ın mühacirət sistemi tərəfindən fəaliyyətlər koronavirusa görə artıq dayandırılıb, viza prosesi isə həftələrdir qeyri-müəyyən müddətə təxirə salınıb.

Prezidentin qərarının H-1B vizası olub yaşıl kart almaq istəyənlərə təsiri də məlum deyil, lakin bu addım səhiyyə ekspertləri arasında narahatlığın artmasına səbəb olub.

ABŞ-ın əhalinin siyahıya alma bürosunun statistik məlumatlarına görə, mühacirlər səhiyyə sahəsində çalışanların böyük əksəriyyətini təşkil edir. Bunun 28 faizi terapevt həkimlər, 15 faizi tibb bacıları və digər tibbi personaldan ibarətdir.

Duke Universitetinin professoru Qavin Yamey

“O, pandemiya ilə mübarizədə kömək edən ekspertlərin mühacirətini dayandırmaq fikrindədir.”

Respublikaçı qanunverici Matt Qaetz prezident Trampla sənədin yekunlaşdırılması üzərində işləyir.

“Prezidentin hazırda bu sərəncam üçün üzərində işlədiyi əsas məqamlarda müntəzəm olaraq iş məqsədilə sərhədi keçən insanlarla mühacirət etmək istəyən, Birləşmiş Ştatlarda yaşamayan, işləməyən və bu məqsədlə buraya gəlmək istəyən insanlar nəzərdən keçirilir.”

Prezident səhiyyə səbəbləri ilə mühacirət siyasəti tətbiq etmək üçün hüquqi əsaslara malikdir. Bu yaxınlarda Ali Məhkəmənin Trampın səyahət qadağasını saxlayan qərarı da ona hüquqi presedent vermişdi.

Lakin təhlilçilər amerikalıların çoxunun Trampın pandemiya ilə mübarizə səylərindən narazılığını bildirmsinə işarə edərək, bunun siyasi motivlərlə əlaqədar ola bildiyini qeyd edib.

Mühacirət Siyasəti Mərkəzinin təhlilçsi Kristobal Ramon.

“Bu addım ona pandemiya mövzusunu dəyişmək imkanı verir. Fikrimcə, o özünü virusun yayılması ilə əlaqədar baş verənlərin ictimai səhiyyə sistemi və iqtisadiyyat üçün təsirlərini yumşaldacaq böyük qərarlar verdiyi kimi təqdim etməyə çalışır.”

Bu il mühacirət mövzu gündəmdə olaraq yenidən prezident seçilmək istəyən Tramp yanvar ayında Çindən bəzi səyahətçilərin ölkəyə girişinə qadağa qoymasını çox sayda insanın həyatını xilas edən bir addım kimi qələmə verir.