Donald Tramp: Viskonsində səslərin yenidən hesablanması fırıldaqçılıqdır

Prezident seçilmiş Donald Tramp Yaşılllar Partiyasının Viskonsin ştatında səslərin yenidən hesablanmasını fırıldaqçılıq kimi qiymətləndirib.

"Bu, Yaşıllar Partiyasının artıq nəticələri bəlli olan seçki fırıldaqçılığıdır. Seçkilərin nəticələrini sual altına almaqdansa, onlara ehtiram göstərilməlidir"- deyə Trampın bəyanatında bildirilir.

Bu, Yaşıllar Partiyasının artıq nəticələri bəlli olan seçki fırıldaqçılığıdır

​Prezidentliyə sabiq demokrat namizəd Hillari Klintonun kampaniyasası da səslərin hesablanmasında iştirak edəcəklərini deyib.

Tramp Hillari Klintonu bu səylərə qoşulduğuna görə kəskin tənqid edib. O, deyib ki, Klinton debatlar zamanı namizədlərin nəticələri razı olmasalar belə qəbul etməlidirlər deyə bildirib.

ABŞ-da Yaşıllar Partiyasında sabiq prezidentliyə namizəd Cill Steyn Viskonsin ştatında səslərin yenidən hesablanmasını tələb edən petisiya göndərib.

Viskonsin ştatının Seçki Komissiyasının administratoru Mayk Haas deyib ki, Steyn və başqa bir qrup müraciət üçün müddət başa çatmamışdan qısa zaman öncə yenidən hesablanma tələb ediblər.

Komissiya bildirib ki, ABŞ prezident seçkiləri uğrunda seçkilərdə ştat boyu səslərin yenidən hesablanması ilə bağlı hazırlıqlar gedir.

Steynin seçki kampaniyasının veb səhifəsində yerləşdirilən məqalədə deyilir ki, Viskonsində istifadə edilən səsvermə aparatlar "hak edilməyə və viruslu proqramların ötürülməsinə" açıqdır. Orada bu aparatların təhlükəsizlik funksiyalarının az olduğu bildirilir.

Ştat dekabrın 13-dən səslərin yenidən hesablanmasını başa çatdırmalıdır.

Steyn yazmışdı ki, Viskonsin, Miçiqan və Pensilvaniyada səslərin yenidən hesablanmasına dəstək üçün tərəfdarlar 5 milyon dollar toplayıb. Onun sözlərinə görə, bu üç ştatda səslərin yenidən hesablanması prosesini həyata keçirmək üçün 7 milyon dollara ehtiyac var.