Tramp Twitter-də rəsmilər haqda tənqidi şərhlərini müdafiə edir

Prezident Donald Tramp Twitter sosial şəbəkəsində tez-tez ABŞ-ın bütün siyasi spektlərini təmsil edən siyasətçilərə dair tənqidi yazılarını müdafiə edib. Tramp deyib ki, bu, bəzən “rəsmiləri görməli olduğu işlərlə məşğul olmağa məcbur edir”.

“Açığını desəm, bunun bəzən köməyi olur”, ABŞ prezidenti Fox tele kanalının aparıcısı Maria Bartiromo ilə geniş müsahibədə deyib. Bazar günü keçirilən müsahibə zamanı bir sıra məsələlər müzakirə olunub.

Respublikaçı qanunvericilər Trampın Twitter sosial şəbəkəsində şərhlərinə son qoymalı olduğunu tövsiyə edir. Lakin Tramp özü deyib ki, “mən inanmıram ki, sosial şəbəkələr olmasaydı, mən burada olardım”.

O bildirib ki, sosial mediaya öz baxışlarının ənənəvi kütləvi informasiya vasitələri tərəfindən filtrdən keçirilməmiş şəkildə ifadə etməsi aləti kimi baxır. “Ona görə ki, burada saxta media var. Media mənə çox qərəzli münasibət göstərib. Siz həm də insanları maraqlandırmalısınız”, Tramp bildirib.

“Bilizsinizmi mən nəyi aşkar etmişəm. Mənim Twitter-də yazmağımı istəməyən insanlar düşmənlərdir. Onların mənim seçkilərdə qələbə çalmağım xoşuna gəlmir”, Tramp bildirib.

Florida ştatından Konqresin qadın üzvü, demokrat Frederika Vilson

O daha sonra deyib: “Mən belə riskə gedə bilmərəm. Bir də ki biz burada xal qazanırıq. Mən onu nəzərdə tuturam ki, böyük xallar. Mən öz fikirlərimi başqa birisi bəlkə də yanlış dediyi bir vaxt ifadə edirəm.

Tramp bazar günü Florida ştatından Konqresin qadın üzvü, demokrat Frederika Vilsona qarşı tənqidlərini davam etdirib. Vilson Trampın ABŞ-ın Nigerdə həlak olmuş hərbi qulluqçusunun həyat yoldaşına onun “hərbi qüvvələrə qoşulduğu zaman nəyə getdiyini bildiyi”ni dediyini bildirib.

“Məntiqsiz Vilson Respublikaçılar partiyası üçün hədiyyə, demokratlar üçün isə fəlakətdir. Onun hərəkətinə baxıb respublikaçılara səs verirsiniz”, Tramp Twitter səhifəsində yazıb.

Fox tele kanalına müsahibə zamanı Tramp həmçinin deyib ki, Konqresin vergi ixtisarları ilə bağlı tez zamanda fəaliyyətə keçməsini istəyir.

“Mən ilin sonuna qədər bunun edilməsini istəyirəm, amma bu qədər uzun sürsə mən razı qalmayacam”, Tramp bildirib.