Tramp: ABŞ Polşada daimi hərbi baza yaradılmasını nəzərdən keçirir
Your browser doesn’t support HTML5
ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Polşada ABŞ-ın daimi hərbi bazasının yaradılmasını nəzərdən keçirdiyini bildirib. Ağ Evdə keçirilən birgə mətbuat konfransında Polşa prezidenti Andjey Duda deyib ki, onun ölkəsi bazanın təkcə maliyyələşdirilməsinə yardım etmək deyil, həm də onun “Tramp qalası” adlandırılmasını istərdi.