Tramp Seulla daha ədalətli ticarət razılığı əldə ediləcəyinə ümid bəsləyir

Cənubi Koreya prezidentini qəbul edən ABŞ prezidenti Donald Tramp Mun Jae-inlə ədalərli ticarət əlaqələrinin yenidən nəzərdən keçiriləcəyinə ümidini ifadə edib.

Biz hazırda Cənubi Koreya ilə ticarət razılığını yenidən müzakirə edirik. Ümid edirik ki, razılıq hər iki tərəf üçün də ədalərli olacaq

Ağ Evdə keçirilən görüş zamanı ABŞ dövlət başçısı Seulla əldə edilən hazırkı razılığın təqribi olduğunu bildirib.

"Biz hazırda Cənubi Koreya ilə ticarət razılığını yenidən müzakirə edirik. Ümid edirik ki, razılıq hər iki tərəf üçün də ədalərli olacaq"- deyə Tramp ümidini dilə gətirib.

Prezident ABŞ-la Cənubi Koreyaa rasındakı ticarət razılığının birtəfli və pis olduğundan şikayət edib.

Razılığın 2002-ci ildə qüvvəyə minməsindən bəri Amerikanın Seulla ticarət defisiti iki dəfə artıb.

Lakin ticarət Munla Trampın gündəmə gətirdiyi yeganə mövzu olmayıb.

Donald Tramp və Mun Jae-in Şimali Koreyanın təhdidlərinə dair müzakirələr keçirib. ABŞ dövlət başçısı Şimali Koreyaya qarşı diplomatik təzyiqlərin artırılmasına, Mun isə Pxenyanla əlaqə yaradılmasına çağırıb.

ABŞ prezidenti dünən axşam Cənubi Koreya prezidenti ilə şam ziyafətində görüşüb.

Bu, iki ölkə liderinin ilk görüşü olub. Daha əvvəl liderlər telefon söhbəti aparıb.

ABŞ prezidenti Donald Tramp və Cənubi Koreyanın yeni seçilmiş prezidenti Mun Jae-in arasında telefon söhbəti zamanı Şimali Koreyanın nüvə silahları proqramı məsələsinin həllində yaxından əməkdaşlıq etmək haqda razılıq əldə edib.