ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp prezident Barak Obamanı müsəlman və əcnəbi adlandıran tərəfdarlarının sözlərinə düzəliş gətirmədiyi üçün yenidən mübahisələrə səbəb olub.
Nyu Hemşirin Roçerter şəhərində təşkil edilən seçkiqabağı kampaniya zamanı biri deyib ki, Amerikanın problemi müsəlmanlardır və onlardan biri hazırkı prezidentdir, o hətta amerikalı belə deyil.
"Bizim bu suala ehtiyacımız var," –deyə gülümsəyərək Obamanın prezidentliyinin legitimliyini sual altına alan tərəfdarına Tramp cavab verib.
Trampı dəstəkləyən şəxs davam edib: "Biz müsəlmanlara bizi öldürmək üçün təlim düşərgələri təsis edirik. Onlardan necə yaxa qurtarmaq olar?"
Tramp Obamanın yanlış xarakterizə edilməsinə etiraz etməyib, hətta müsəlmanların ABŞ-dan çıxarılması çağırışına da münasibət bildirməyib.
Trampın seçki kampaniyasının rəsmiləri onun Obamanın müsəlman olduğuna dair sualı eşitmədiyini və namizədin müsəlman ekstremistlərin təlim bazalarının nəzərdə tutulduğunu düşündüyünü deyib.