Tramp Suriya qərarını müdafiə edir

Your browser doesn’t support HTML5

ABŞ prezidenti Donald Tramp çərşənbə günü ABŞ qüvvələrini Suriyanın şimal-şərqindən çıxarmaq qərarına görə hər iki partiyadan qanunvericilərin qınaqları ilə üzləşib. ABŞ-ın ərazidən çıxmasının ardından Türkiyə Suriyada ABŞ-ın İŞİD əleyhinə mübarizədə mütəfiqi olan Suriya kürdlərinə qarşı hərbi müdaxilə edib. ABŞ Nümayəndələr Palatası cümə axşamı böyük səs fərqi ilə Trampın qərarını qınayan qətnamənin lehinə səs verib. Tramp deyir ki, o, Türkiyənin hərbi müdaxiləyə son qoymasını tələb edir.

Tramp çərşənbə günü müxbirlərə deyib ki, o, seçki kampaniyası zamanı vəd etdiyi kimi ABŞ əsgərlərini geri gətirir.

Artıq əsgərlərimizi evlərinə geri gətirmək vaxtıdır. Heç bir əsgərimiz yaralanmayıb, çünki mən prezidentəm və biz ağayıq. Bunu unutmayın.
Donald Tramp

“Artıq əsgərlərimizi evlərinə geri gətirmək vaxtıdır. Heç bir əsgərimiz yaralanmayıb, çünki mən prezidentəm və biz ağayıq. Bunu unutmayın”, Donald Tramp bildirib.

Tramp prezident Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Türkiyəyə Suriyanın şimalına hərbi müdaxilə etməsinə “yaşıl işıq” göstərdiyinə dair ittihamları rədd edir.

“Mən telefon danışığından dərhal sonra çox güclü məktub yazdım. Mən yaşıl işıq gösərməmişəm”, Tramp söyləyib.

Vitse-prezident Mayk Pensin başçılıq etdiyi ABŞ nümayəndə heyəti Ərdoğanı

şış Surianın şimalında atəşkəs əldə etməyə çağırmağa, əks təqdirdə ABŞ sanksiyaları ilə üzləşəcəyini bildirmək üçün Ankarada səfərdədir.

ABŞ qanunvericiləri sanksiya təhlükəsinin Türkiyənin qarşısını alacağına dair şübhələrini ifadə edib. Tramp tərəfdarı respublikaçı senator Lindsi Qraham deyib ki, ABŞ qoşunlarının ərazidən çıxarılması nəticəsində Suriyanın şimalında boşluq yaranıb və bu boşluq tez bir zamanda ABŞ-ın düşmənləri tərədindən doldurulub.

“Rusiya ilə İran bizim dostumuz deyil. Onlar Amerikanın maraqlarını qorumayacaq. Kürdlər bizim dostumuzdur. Onlar tərk ediliblər”, Lindsi Qraham deyib.

Nümayəndələr Palatası çərşənbə günü 354-60 səs fərqi ilə Trampın qərarını qınayan qətnamənin lehinə səs verib.

Tramp səsvermədən sonra Ağ Evdə hər iki partiyanın nümayəndələri ilə görüş keçirib, amma o, ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosini “üçüncü dərəcəli siyasətçi”adlandırandan sonraDemokratlar görüşü tərk edib.

“Məncə səslərin nəticələri prezidentə çatdırılıb, çünki o bir az sarsılmışdı. Respublikaçıların üçdə ikisindən çoxu prezidentin bu qərarının əleyhinə səs verib. Buna görə də biz görüşdə qala bilmədik”, Pelosi deyib.

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ağ Evdə Suriya ilə bağlı görüş zamanı prezident Donald Trampla danışır.

Respublikaçı qanunvericilər isə görüşün bitməsinə görə Pelosini günahlandırıb.

“Böhran zamanında liderlər deyilənlər xoşlarına gəlsə də gəlməsə də qalmalıdırlar və problemi həll etməlidirlər”, Nümayəndələr Palatasının azlıq lideri Kevin Makkarti bildirib.

Qanunvericilər Trampı qərarını dəyişməyə çağırmağa davam etdiyi bir vaxt, Suriyada vəziyyət artıq dəyişib. Suriya hökümətinin qoşunları Türkiyənin irəliləməsinin qarşısını almaq üçün kürdlərə və digər yerli yarı-hərbi dəstələrə qoşulub. Bu qüvvələr çərşənbə axşamı Mənbicə çərşənbə günü isə Kobaniyə daxil olub. Rusiya isə Türkiyə ilə Moskvanın dəstəklədiyi Suriyanın hökümət qüvvələri arasında döyüşün qarşısını almağı vəd edib.