Tramp Sudan və İsrailin münasibətləri normallaşdırmağa razılaşdıqlarını elan edib

ABŞ prezidenti Donald Tramp cümə günü Sudan və İsrailin münasibətləri normallaşdırmağa razılaşdıqlarını elan edib. O, bunu noybarın 3-də keçiriləcək prezident seçkisindən öncə Yaxın Şərqdə xarici siyasət nailiyyəti adlandırıb.

İsrail Dövləti ilə Sudan Respublikası sülh bağlamağa razılaşıblar. Bu, artıq üçüncü ölkədir, hələ qabaqdan daha çox ölkə gələcək,” Tramp Oval ofisdə müxbirlərə deyib.

Sudan son bir neçə ayda İsraillə əlaqələr yaradan üçüncü ölkədir. Ondan öncə sentybar ayında Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri də İbahim Sazişi imzalayıblar.

Ağ Ev bəyanat yayaraq bildirib ki, “növbəti həftələrdə iki ölkə kənd təsərrüfatı, iqtisadiyyat, ticarət, aviasiya, miqrasiya məsələri və qarşılıqlı imtiyazların olduğu digər sahələrdə əməkdaşlıqla bağlı danışıqlara başlayacaqlar.”

İsrailin baş naziri Netanyahu bunu “sülh yolunda növbəti sıçrayış” adlandırıb.

Tramp axır-əvvəl fələstinlilərin də İsraili tanıyacaqlarını təkid etsə də, fələstinlilərin prezidenti Mahmud Abbasın ofisi bəyanat yayaraq “Fələstin torpağını işğal edən İsrail dövləti ilə münasibətləri pisləyib.”

Abdalla Hamdok

Sudan 2019-cu ildə hakimiyyətdə otuz il qalanan sonra devrilən prezident Ömər Əl-Bəşirin dakimiyyəti altında uzun illər fələstinliləri dəstəkləyib.

Hazırda isə iqtisadi böhranla üzləşən Sudanın Abdalla Hamdokun rəhbərlik etdiyi keçid höküməti İsraillə münasibətləri yaxşılaşdırmağın bir hissəsi olaraq təklif olunan ticarət və sərmaye sahəsindəki imtiyazları müsbət qarşılayıb. Üç ölkənin yaydığı birgə bəyanatda ABŞ-ın Xartuma beynəlxalq kredit yardımı təmin edəcəyini vəd etdiyi bildirilir.

Atlantika Şurasının Afrika Mərkəzinin baş elmi işçisi Kameron Hadson deyir ki, Sudan region və dünyanın iki ən güclü ölkəsi ilə müqayisədə zəif mövqedən danışıq aparır.

Lakin o həmçinin bu razılığın keçid hökümətinin dünya ölkələri ilə münasibətlərini yeniləmək və daha balanslı xarici siyasət yürütmək səylərini əks etdirdiyini deyir.

Tramp bazar ertəsi Twitter hesabında Sudanı terroru dəstəkləyən ölkələr siyahısından çıxarmaq niyyətini elan edib.

Cümə günü isə Ağ Evin mətbuat katibi Kayli MakEnani açıqlama verərək prezidentin Konqresi bu niyyəti ilə bağlı məlumatlandırdığını söyləyib.

Sudan 1993-cü ildən bəri İran, Şimali Koreya və Suriya ilə yanaşı terror dəstəkləyən ölkələr siyahısındadır. Bu isə o deməkdir ki, ölkəyə ABŞ-ın xarici yardımı baxımından məhdudiyyətlər tətbqi olunub. Buna müdafi sənayesi ixracları və satışlarına qadağa daxildir. Xartum İsraillə münasibətlərin yaxşılaşdırılması üzərində danışıqların başlaması üçün Sudanın bu siyahıdan çıxarılmasını şərt qoymuşdu.