Tramp sosial mediadan imtina etmək planı olmadığını bildirir

ABŞ prezidenti Donald Tramp öz fikirlərini sosial media vasitəsilə çatdırmağa davam edəcəyinə işarə edib.

“Yalnız Saxta Xəbərlər və Trampın düşmənləri mənim Sosial Mediadan istifadə etməyimi dayandırmağımı istəyir. Bu, mənim üçün insanlara həqiqəti çatdırmağın yeganə yoludur!”, deyə Tramp Tvitter səhifəsində mesajında yazıb.

Trampın iddiasına baxmayaraq, ABŞ-ın onun çox vaxt saxta adlandırdığı başlıca kütləvi informasiya vasitələri prezidentdən sosial mediadan istifadə etməyi dayandırmasını istəməyib. Əksinə, onların böyük hissəsi prezidentin Tvitterdəki mesajlarından iqtibas gətirir və istər səhər, istərsə də gecə yazdığı bu mesajlara onun nə fikirləşdiyini bilmək üçün bir vasitə kimi baxır.

Bununla belə, Ağ Evdəki müşavirlər, eləcə də respublikaçı və demokrat qanunvericilər prezidentin Tvitterdən istifadə etməsini tənqid edir. Prezidentliyinin altı ayı ərzində Trampın Tvitter mesajlarının sayı minə çatır.

Tramp idmançılara təbrik mesajları və qarşılarında nitq söylədiyi qruplara müraciətlərdən tutmuş, onun siyasətini rədd edən qanunvericilərə və prezident haqqında onun bəyənmədiyi tərzdə materiallar yazan xəbər agentliklərinə qarşı kəskin mesajlara qədər müxtəlif məzmunlu tvitlər yazır.

Tramp habelə onun prezidentliyi dövründəki hadisələri qeyd etməyi xoşlayır.

Çərşənbə axşamı günü Tramp Tvitter mesajında yazıb: “Fond birjasında bu gün daha bir yeni record-22 000. Seçki günü bu, 18 000 idi. Kütləvi informasiya vasitələri bunu nadir hallarda qeyd edir. Korporasyalar HEÇ VAXT indiki kimi gəlir əldə etməyib. Əmək bazarında yüksəliş başlayır, baxın!”

Bəzən Trampın Tvitter mesajları onun öz müşavirlərini belə təəccübləndirir. Məsələn, keçən həftə o, keçmiş prezident Barak Obamanın səhiyyə planını ləğv edəcəyini və transgender şəxslərin ABŞ hərbi qüvvələrində xidmət etməsinə qadağa qoyacağını bildirmişdi.

Lakin aydı oldu ki, Müdafiə nazirliyi və hərbi məsələrlə məşğul olan qanunvericilərin siyasi kursda bu dəyişiklikdən xəbəri olmayıb və bu planın həyata keçirilməsinin detalları də məlum deyil.

Tramp hərbi dəniz qüvvələrinin təqaüdə çıxmış generalı Con Kellini prezident aparatının rəhbəri vəzifəsinə təyin edib. Kellinin əsas vəzifəsi Ağ Evin fəaliyyətinin qaydaya salınmasından ibarətdir.

Lakin Trampın sosial mediadan istifadə ilə bağlı verdiyi açıqlamalar Ağ Evdə edilən dəyişikiklərdən asılı olmayaraq, onun 140 xarakterdən ibarət Tvitter mesajlarına belə görünür, məhdudiyyət qoyulmayacağına işarə edir.