Tramp Senatda impiçment məhkəməsində bəraət qazandı

Your browser doesn’t support HTML5

Senat impiçment məhkəməsində prezident Donald Trampa impiçmentin hər iki maddəsi üzrə bəraət qazandırıb. Respublikaçıların əksəriyyətdə olduğu Senatda Trampa qarşı irəli sürülmüş vəzifəsindən sui-istifadə etmək və Konqresdə təhqiqatın qarşını almaq ittihamları üzrə səsvermə ilə üç həftə davam edən impiçment məhkəməsi sona çatdı.