Trampın etimad reytinqi artmaqdadır

Your browser doesn’t support HTML5

Yeni rəy sorğularına əsasən prezident Donald Trampın etimad reytinqi 40 faizdir. Bu, son yeddi ay ərzində onun ən yüksək reytinqidir. Buna səbəbin iqtisadiyyatın çiçəklənməsi olduğu bildirilir. Amma təhlilçilər deyir ki, Tramp Demokratları tənqid etməyə davam etsə, reytinqi aşağı düşə bilər və ilin sonunda keçiriləcək Konqres seçkilərində Respublikaçılara çətinliklər yarada bilər.