Trampın Raşmor dağına səfər planı kəskin etirazlarla qarşılanıb

Prezident Donald Trampın Müstəqillik Gününü Raşmor dağında möhtəşəm abidə qarşısında açmaq planı yerli amerikalıların kəskin tənqidinə səbəb olub. Belə ki, onlar oradakı yerli insanlara düşmən olan liderlərə həsr olunmuş abidənin onlardan zorla oğurlanmış torpaqlarını ləkələnməsi kimi qiymətləndirir.

Yerli amerikalı fəalların rəhbərlik etdiyi bir neçə qrup xəstəlik, işsizlik və son zamanlar sosial iğtişaşların baş alıb getdiyi bir vaxt Trampın "geri qayıtma" kampaniyasının bir hissəsi olan iyulun 3-nə planlaşdırdığı səfərinə etirazlara hazırlaşır.

Cənubi Dakotda keçiriləcək tədbir qırıcı təyyarələrin 79 yaşlı daş abidə özərində uçması və 2009-cu ildən bəri ilk dəfə olaraq atəşfəşanlıqla qeyd ediləcək.

Tədbir irqçilik və milli abidələrin simvolizminə yenidən baxılması ilə əlaqədar ölkə boyu nümayişlərin keçirildiyi vaxta təsadüf edir. Bir çox yerli amerikalı fəal Raşmor abidəsinin Konfederativ abidələr qədər məsuliyyətli olduğunu deyir.

"Raşmor dağı bu gün də cəmiyyətdə yaşanan irqçiliyin və ağların üstünlüyünün rəmzidir" - deyə, Oqlala Lakota qəbiləsinin üzvü və `NDN Kollektiv` adlı yerli təşkilatın prezidenti Nik Tilsen bildirib.

"Yerli xalqların torpaqlarını açıq şəkildə oğurlamaq, sonra soyqırım törədən ağların abidəsini qoymaq ədalətsizlikdir" - deyə, o əlavə edib.

Tilsen kimi bəzi fəalların abidənin tamamilə sökülməsini və Black Hills-in Lakotaya qaytarılmasını istədiyi bir vaxt, digərləri bölgədən və cəlb etdiyi turistlərdən gələn xeyirdən bəhrələnməyə çağırır.