Tramp raketlərdən müdafiə sistemi planını açıqlayıb

ABŞ prezidenti 2010-cu ildən bəri ilk dəfə olaraq raketlərdən müdafiə siyasəti (MDR) məsələsinə toxunub.

Bu gün Pentqonda danışan Donald Tramp deyib ki, onun planı hər bir yerdə və hər zaman ABŞ-a yönələn raketləri məhv edə bilər.

Rəsmilər bu doktrinanı hələ 2017-ci ildə gözləyirdilər. Lakin Şimali Koreya, Çin, Rusiya və İranın təhdidlərinə görə vaxtaşarı dəyişdirilməli olurdu.

Tramp əlavə edib ki, Pentaqonun qarşıdan gələn büdcəsi fəzada yerləşdirilən proqramı maliyyələşdirəcək.

MDR fəzada yerləşdirilən texnologiyaların araşdırılmasını nəzərdə tutur. Rəsmilər bunu müdafiənin növbəti pilləsinə açar adlandırır.

Bu texnologiyalar düşmən paketlərini daha əvvəldən müəyyən edib, onların işə düşməzdən əvvəl vurulmasını təmin edə bilər.

Bu ideya sabiq prezident Ronald Reyqanın 1980-ci ildə irəli sürdüyü “Ulduzlar müharibəsi” təşəbbüsünü əks etdirir.

Bu həftənin əvvəllərində Pentaqon Çinin hipersəs texnologiyası sahəsində irəliləyiş əldə etdiyini bildirmişdi. Bu isə Çinin bəzi sahələrdə daha inkişaf etdiyini və onun istehsal etdiyi silahları müəyyən edilməsinin çətinləşdirildiyi deməkdir.

Milli təhlükəsizlik narahatlığı ilə bağlı ABŞ Alyaskaya 2023-cü ilədək əlavə interseptorlar yerləşdirməyi planlaşdırır. Beləliklə onların sayı 44-dən 64-ə yüksələcək.