Tramp respublikaçı liderlərin ictimai qınağı ilə üzləşib

Oğullarını İraq müharibəsində itirən müsəlman Xızr və Qazala Xanların Donald Trampa müraciətindən sonra onun cavabı respublikaçılar arasında prezidentliyə namizədin ictimai qınağına yol açıb.

Meg Uitman

2010-cu ildə Kaliforniya ştatının qubernatorluğu yarışlarında məğlubiyyə uğrayan Meq Uitmanın New York Times-a bildirdiyinə görə, o, prezidentliyə demokrat namizəd Hillari Klintona dəstək verəcək və ona maliyyə yardımı toplayacaq.

Nyu Yorkdan respublikaçı nümayəndə Riçard Hanna Donald Trampı qeyri-səmimi demoqoq adlandırıb. O da Klintona dəstək verdiyini vurğulayaraq, Trampın Xanlar haqda dediklərinə qəzəbini ifadə edib.

Riçard Hanna

Xatırladaq ki, Tram ananın susduğunu irəli sürərək, onun danışmağa icazəsi olmadığını deyib.

Respublikaçı nümayəndələrin bəyanatları ABŞ prezidentinin Trampla bağlı mövqeyini açıqlamasından bir neçə saat sonra səslənib. Barak Obama deyib ki, ilk dəfə olaraq seçki yolu ilə vəzifəyə gəlmək istəyən Donald Tramp Amerikaya rəhbərlik etməyə “yaramır”, və o, “hər gün bunu sübut edir”.

Demokrat namizəd Hillari Klintona dəstək vermiş Obama respublikaçı namizədi Xızr Xan və xanımı Qazaladan üzr istəməyə çağırıb. Obama Trampın onları tənqid etməsini təhqir kimi qiymətləndirib.