Tramp Putinlə sammiti müdafiə edir, özünün etimad reytinqi isə azalır [Video]

Your browser doesn’t support HTML5

Prezident Donald Tramp bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin ilə keçirdiyi sammiti müdafiə edir. Tramp bazar ertəsi pöən həftə baş tutan görüş zamanı Putin üçün heç nəyi qurban vermədiyini deyib. Lakin Washington Post-ABC News-un birlikdə apardığı sorğuda prezidentin sammitdəki çıxışı mənfi rəy alıb. Sorğunun nəticələrinə əsasən, amerikalıların 50 faizi Trampın sammitdəki çıxışından narazıdır, 33 faizi isə razı.

Bu an demək olar bir çox amerikalının artıq yaddaşına həkk olunub.

Adi respublikaçı seçici Donlad Trampı dəstəkləyir. Respublikaçı partiyası daxilindəki elitalar isə Trampla bağlı müxtəlif düşüncələrə sahibdir, amma adi respublikaçılar ona inanır.
Con Fortier

Prezident Trampa yanında Putin var ikən Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsi barədə sual verilir.

“Mənim adamlarım mənə yaxınlaşdı, Dan Koats və başqaları mənə yaxınlaşdı və müdaxilənin arxasında Rusiyanın olduğunu düşündüklərini dedi. Prezident Putin isə Rusiyanın olmadığını dedi”- deyə Tramp cavab verdi.

Tramp sammiti bazar ertəsi Twitter-də, Nensi Pelosi kimi demokratlar onu tənqid edəndən sonra müdafiə edib.

“Açıq-aydındır ki, prezident Tramp Putinin qarşısında qorxurdu. Nədən qorxurdu? Prezident Putin prezident Trampı nə ilə şantaj edir?” deyə Pelosi sual edib.

Hətta respublikaçılar da Trampı tənqid edib. Məsələn, Ceff Fleyk.

“Biz miflərə, uydurmalara göz yumub, vəziyyətin o qədər də pis olmadığına inanmaq istəyirdik, amma göz yummağımız bizim Helsinkidə təslim olmağımıza gətirib çıxardı”, o deyib.

Time Magazine jurnalının üz qabağında isə bu məsələni əks etdirən şəkil yerləşdirilib.

Trampın çıxışı ilə bağlı tənqidlər ABŞ prezidentinin Rusiyanın müdaxiləsi ilə bağlı daha sərt bəyanat verməsinə səbəb olub.

“Biz seçkiyə hər hansı müdaxilə cəhdinin qarşısını alacağıq”, Tramp deyib.

Adi amerikalıar da məsələyə münasibət bildirib.

“Putin pisniyyəlti dahi kimidir. O, çox manipulyasia edir və nə etdiyini də çox yaxşı bilir. Məncə o, Trampla çox gözəl oyun oynadı”, deyə Nyu yorklu seçici söyləyib.

Təhlilçi Eleyn Kamark deyir ki, Tramp siyasi baxımdan özünə ziyan vurub.

“Məncə bu, onun üçün uzunmüddətli siyasi xələl oldu, amma ən önəmlisi odur ki, bu, onun prezidentliyinə davamlı ziyan vurdu. Bu, onun bacarığı və səmimiyyəti ilə bağlı ciddi suallar yaradır ki, bu da prezidentdə sual olunmamalı olan iki xüsusiyyətdir”, o deyib.

Donald Tramp və Vladimir Putin

Bəs görəsən bu məsələ Trampa sadiq elektoratı zəiflədəcək mi? Con Fortier buna çox skeptik yanaşır.

“Adi respublikaçı seçici Donlad Trampı dəstəkləyir. Respublikaçı partiyası daxilindəki elitalar isə Trampla bağlı müxtəlif düşüncələrə sahibdir, amma adi respublikaçılar ona inanır”, o söyləyir.

Trampla Putin arasındakı sammit noyabrda keçiriləcək ara seçkilərdən öncə seçicilərin nəzərdən keçirməli olduqları məsələlərdən biri olacaq.