Kremlin sözçüsü Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında mümkün zirvə toplantısı üçün Vyana şəhərininin uyğun olduğunu deyib.
Dmitri Peskov şənbə günü bildirib ki, hər iki lider mart ayında görüş haqqında fikir mübadiləsi aparıblar və həmin müzakirədə Vyana görüşün keçilməsi üçün mümkün yer kimi qeyd edilib.
Peskov görüşün keçirilməsi və yer haqqında heç bir qərarın olmadığını da əlavə edib
Putinin regional zirvə toplantısında iştirak etdiyi Çinin Qingdao şəhərində danışan Peskov deyib ki, “bu barədə heç bir dəqiq razılaşma və ya xüsusi müzakirələr keçirilmir.”
Tramp hal-hazırda Kanada illik G-7 sammitində iştirak edir. O, şənbə günü axşam saatlatında Şimali Koreya lideri Kim Conq Un ilə görüşmək üçün Sinqapura yola düşür.