2013-cü ildə Tramp Kainat gözləi yarışmasının Moskvaya gətirındə o, Rusiya Prezidenti Vladimir Putin ilə görüşməyi də planlaşdırırdı.
Ancaq Tramp və Rusiya lideri arasında əlaqələndirici şəxs qismində iştirak edən Moskva milyarderi Araz Ağalarovun dediyinə görə, Putin görüşü son dəqiqə təxirə salıb və Trampa ənənəvi rus hədiyyəsi olan laklanmış dekorativ mücrü göndərib.
ABŞ prezidentliyinə Respublikaçılar partiyasından ehtimali namizəd olan daşınmaz əmlak maqnatı Donald Trampın Rusiyada biznesi haqda bu təfərrüatlar Wahington Post qəzetində "Trampın Rusiya ilə maliyyə əlaqələri və Vladimir Putinə qeyri-adi heyranlığı"adlı məqaləsində qeyd edilib.
Rusiya sərmayə üçün dünyada ən əlverişli yerlərdəndir.Donlad Tramp
Məqalədə deyilir ki, buna baxmayaraq həmin həftə sonu Tramp üçün məhsuldar keçib. Araz Ağalarov və digər investorların Kainat gözəli yarışmasının Rusiyaya gətirilməsi üçün ödədikləri 14 milyon dolların bir hissəsi Trampa çatıb.
Ağalarov deyib ki, bundan əlavə o, Trampla Moskvanın mərkəzində Tramp qülləsi inşa etdirmək üçün razılıq imzalayıb.
Trampın Putinlə əlaqələri və 1980-cı illərdə, yəni Rusiya hələ Sovet İttifaqının tərkibində olduğu dövrdən bəri Rusiyaya hərarətli münasibəti onun prezidentlik uğrunda seçki kampaniyasında ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib.
Amerikanın siyasi və milli təhlükəsizlik liderləri arasında Putinin insan haqlarına hörmət etmədiyi və keçmiş Sovet blokundakı ərazilərdə torpaq və nüfuz əldə etmək üçün beynəlxalq normaları pozduğuna dairümumi bir fikir mövcuddur.
1980-cı illərdən bəri Tramp və onun ailəsi yeni biznes imkanları axtarışında dəfələrlə Moskvaya səfər edib.
Wahington Post -un məqaləsində deyilir ki, adətən prezidentliyə namizədlərin xarici siyasət məsələləri ətrafında mövqeləri beyin mərkəziləri, beynəlxalq diplomatik konfranslar və hökümətlərarası fikir mübadilələri əsasında formalaşırsa da, Trampın dünyagörüşü kommersiya perspektivindən formalaşıb.
"Bu onu göstərir ki, Tramp digər dünya liderlərini öz şəxsi münasibətlərinə əsaslanaraq qiymətləndirir. Putinə qarşı mübarizə aparmağa çalışan Respublikaçılar partiyasından fərqli olaraq, Trampın Ruisya lideri ilə münasibətləri qarşılıqlı tərifə əsaslanır"-deyə məqalədə yazılıb.
Məsələn, dekabr ayında Putin Trampı “parlaq və istedadlı” insan, Tramp isə bu tərifi “şərəf” adlandırmışdı.
Seçki kampaniyasında Tramp Moskva ilə yeni əməkdaşlığa çağırıb. O, qərbyönümlü ölkələri Rusiyaya qarşı müdafiə edən qurum kimi qəbul edilən NATO-da dəyişikliklərin edilməsinə səsləyib. Bundan əlavə, Tramp özünü Rusiya ilə maliyyə əlaqələri olan müşavirlərlə əhatə edib.
Wahington Post yazır ki, Trampın biznleslə siyasi proqramını birləşdirəcəyi hələ 2013-cü ildə Moskvaya səfəri zamanı aydın idi. Orada o, biznes imkanları axtarmaqla yanaşı prezidentliyə namizədliyini irəli sürməyi planlaşdırırdı.
Rusiya ilə Birləşmiş Ştatlar arasında gərginliyin olması hər iki ölkə üçün mənfi haldır. Bu ölkələrdə insanların mənfəəti üçün bu hal düzəlməlidir. Biz yenə də dost olmalıyıq.Donald Tramp
Araz Ağalarov və onun oğlu müğənni Emin Ağalaron Wahington Post -a bildirib ki, onlar Trampla gözəllik müsabiqəsi sayəsində yaxın əlaqə qurublar. Onlar Nyu-Yorka səfərləri zamanı Trampın ABŞ-Rusiya münasibətlərinə dair fikirlərilə tanış olublar.
Emin Ağalarovun dediyinə görə, Tramp bildirib ki, “Rusiya ilə Birləşmiş Ştatlar arasında gərginliyin olması hər iki ölkə üçün mənfi haldır. Bu ölkələrdə insanların mənfəəti üçün bu hal düzəlməlidir. Biz yenə də dost olmalıyıq.”
Wahington Post-un məqaləsində Trampın hər zaman Rusiyada Trump qülləsi inşa etdirmək istədiyi deyilir. "Bu bazar onu Soyuq Müharibə bitəndən sonra, Sovet İttifaqı xarici investorlara daha açıq olmağa başlayandan sonra cəlb edib"-deyə məqalədə bildirilir.
“Rusiya sərmaye üçün dünyadakı ən əlverişli yerlərdəndir,” deyə Tramp 2007-ci ildəki çıxışlarının birində ifadəsində deyib.
Trampın bzines ambisiyaları bütün keçmiş Sovet bloku və Şərq blokunu əhatə edib.
O, Kiyev, Yalta, Varşavada imkanları dəyərləndirib və Bakıda 5 ulduzlu otelə öz adını verib. Otelin tikintisi demək olar ki, başa çatsa da, iqtisadi tənəzzül səbəbilə hələ də açılmayıb.
“Mən atama dedim ki, Trump qülləsi ilə Ağalarov qülləsinin yanaşı olması əla olardı və o bir müddət bu ideyaya maraq göstərdi”-Emin Ağalarov
Wahington Post yazıb ki, 2013-cü ildə Tramp Moskvada tikinti layihəsini həyata keçirmək üçün azərbaycanlı daşınmaz əmlak layihələri icraatçısı Araz Ağalarovla əməkdaşlığa başlayıb. "Ağalarov yeni inşaat layihələrinin üzərinə öz imzasını atdığına görə bəzən “Rusiyanın Trampı” adlandırılır"-deyə məqalədə yazılıb.
"Ağalarov sərvətinin bir hissəsini dövlət tərəfindən maaliyyələşdirilən inşaat layihələri vasitəsilə əldə edib. Bu isə onun şirkətinin Putin hökümətinə yaxınlığınının bir göstərcisidir. Gözəllik yarışması baş tutandan sonra isə Putin Araz Ağalarovu prestijli “Rusiya Federasiyasının Şərəf Ordeni” ilə təltif edib"-deyə Wahington Post-un məqaləsində bildirilir.
Məqalədə deyilir ki, Araz Ağalarov və oğlu bu ilin əvvəli onlara məxsus dəbdəbəli Crocus City Mall-da yerləşən Nobu restoranı ilə bağlı Wahington Post-a müsahibə veriblər.
Onlar Trampla Eminin kliplərindən birində çəkilmək üçün Kainat gözəli yarışmaçısını işə götürəndə tanış olublar. Klipdə Tramp da yer alıb. Video yayımlanandan və 2013-cü il gözəllik yarışması baş tutandan sonra onlar Trampla daha yaxın münasibət qurduqlarını deyiblər.
“Mən atama dedim ki, Trump qülləsi ilə Ağalarov qülləsinin yanaşı olması əla olardı və o bir müddət bu ideyaya maraq göstərdi”, deyə Emin Ağalarov bildirib.
Amma Emin qeyd edib ki, Tramp Qülləsi ilə bağlı ilkin danışıqlardan sonra heç bir addım atılmayıb. Buna baxmayaraq, onlar atası ilə birlikdə Trampla gələcək layihələr üzərində işləməyi planlaşdırırlar.