Tramp Poroşenko ilə görüşüb

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Ukrayna prezidenti Petro Poroşenko ilə görüşüb. Bundan öncə Poroşenkonun ABŞ-ın vitse-prezidenti Mayk Penslə görüşü olub.

Ukrayna prezidentinin səfərinin əsas məqsədi ABŞ administrasiyasının rəhbərləri görüşlər keçirməkdən ibarətdir.

Ağ Evdə prezident Trampla görüşdən öncə Poroşenkonun Birləşmiş Ştatların energetika naziri ilə görüşü baş tutub.

Prezident Petro Poroşenko Vaşinqtonda olduğu müddətdə Pentaqonda və Dünya Bankında danışıqlar aparacaq. Onun Dünya bankının rəhbəri Kristin Laqardla görüşü planlaşdırılıb.

Poroşenko Vaşinqtonda olduğu müddətdə ABŞ Konresinin Nümayəndələr Palatasının spikeri Pol Rayanla da görüşəcək.