Varşavada Trampın səfərinə hazırlıqlar gedir

Polşa paytaxtı Varşavada ABŞ prezidenti Donald Trampın səfərinə hazırlıqlar gedir. Tramp Hamburqda Böyük 20-lərin sammitindən öncə qısa səfərlə Varşavada olacaq və orada ictimaiyyət qarşısında nitq söyləyəcək.

Translantik münasibətlərdə iqlim dəyişikliyi və ticarət məsələləri ilə bağlı gərginliklər fonunda Polşada Amerika prezidentinin səfərinin ölkə üçün yeni invesitisiyalar imkanı yaradacağı ilə bağlı ümidlər artmaqdadır. Rəsmi Varşava ABŞ-la işgüzar münasibətlərin genişləndirilməsinə ümid edir.

Donald Tramp keçən il Polşa və Xorvatiyanın təşəbbüsü ilə yaradılmış “Üç dəniz təəbbüsü” samitinin iştirakçıları ilə görüşəcək. Bu təşəbbüs Baltikyanı ölkələrdən tutmuş Balkanlara qədər Baltik, Adriatik və Qara dənizlərin sahillərində yerləşən ölkələr arasında energetika və infrastruktur layihələrinin inkişafı sahəsində əməkdaşlığı əhatə edir.

Polşa keçmiş kommunist blokunun iqtisadi cəhətdən ən inkişaf etmiş ölkəsidir.

Avropa İttifaqının bəzi nümayəndələri layihəyə skeptik münasibət bildirərək, Brüssellə fikir ayrılıqlarına malik Polşanın ittifaqın ən yoxsul ölkələrini birləşdirən blokda liderlər rolunu oynamağa çalışdığını hesab edir.

Trampın Rusiyadan enerji sahəsində asılılığını azaltmağa çalışan qrupun üzvlərinə müraciətində Amerikadan təbii qazın ixracı məsələsinə toxunacağı gözlənilir.