Prezident Donald Trampın Paris iqlim sazişindən çıxmaq qərarı bir sıra şirkətlərin tənqidləri ilə qarşılanıb. Təhlilçilər bir zamanlar skeptik yanaşılan yenilənən enerjidən istifadə üçün təməl yaradılmasının iqtisadi inkişafa yol açdığını deyir. Lakin bəzi mədən şirkətləri prezidentin qərarını dəstəkləyir.
Donald Tramp Paris sazişinin iqtisadi artıma mane olduğunu, amerikalılara işlərini itirmələrinə səbəb olmaqla yanaşı, fabric və zavodların bağlanmasına yol açdığını deyib.
“Paris sazişinin şərtlərinə əməl edilməsi və energetika məhdudiyyətləri 2025-ci ilədək amerikalılara 2.7 milyon iş yerinin bağlanması bahasına başa gələcək."
Mədən sənayesi Trampa dəstək verir.
Peabody Coal şirkəti bildirir ki, saziş Amerika iqtisadiyyatına elektrikin bahalaşması kimi ziyan vuracaq.
Sazişin tərəfdarları yanacaq şirkətlərindən daha çox yaşıl enerjinin iş yerləri açdığını deyir.
Dünya resursları İnstitutundan Andrü Layt: "Iqtisadiyyata nəzər salsaq qənaətli enerji sektorunun 3 milyon yeni iş yeri açdığını görərik. Bu, təbii qaz, mədən və ya neft sektorundan daha sürətlə böyüyən iş bazarıdır."
Yenilənən enerji ekspertləri avadanlıqların daha produktiv və daha ucuz olduğunu deyir.
Corc Vaşinqton Universitetindən Amit Rozen: "Bu, ən ucuz mənbədir. Əgər əvvəllər iqtisadiyyat və ətraf muhit arasında narazılıq olurdusa, bu hal hər iki tərəf üçün əlverişlidir."
General Electric-dən Ceff İmmelt, habelə Tesla and Space-X-in baş icraçı direktoru Elon Mask Trampın qərarını tənqid edən biznes liderləri arasındadır. Trampın bəyanatından sonra Mask Ağ Evin iqtisadi şurasına məktub ünvanlayıb.
Mars, Nike, Levi Straus və Starbaks kimi onlarla ABŞ şirkəri prezidentə məktub yazaraq, aşağı karbon mühitinindən əl çəkilməsini Amerikanı perspektivdə risk altına alacağını bildirib.
Chevron və ExxonMobil kimi neft şirkətləri Paris sazişinin parlaq gələcəyə yol açdığına şübhə ilə yanaşır.
ExxonMobil səhmdarları şirkətdən iqlim dəyişikliyinin biznes risklərinin araşdırılmasına və bu haqda məlumatın paylaşılmasını tələb edir.