Donald Tramp mühacirlərin ölkəyə buraxılmamasına dair sərəncam imzalayıb

ABŞ prezidenti Donald Tramp Suriya qaçqınları da daxil edilməklə mühacirlərin naməlum müddətədək ölkəyə buraxılmamasına dair sərəncam imzalayıb. Bu addım BMT-nin kəskin reaksiyası ilə qarşılanıb.

ABŞ-ın münaqişələr və təqiblərə məruz qalanların müdafiəsindəki lider rolunu davam etdirəcəyinə ümid edirik

“Dövlətin xarici terroristlərdən müdafiə” aktı ciddi narahatlıqlara səbəb olan ölkələrin vətəndaşlarının viza ilə təmin edilməməsinə çağırır.

BMT-nin iki agentliyinin birgə bəyanatında deyilir ki, qaçqın və miqrantların ehtiyacı indiki qədər yüksək olmayıb. Sənəddə Amerikanın məskunlaşma proqramının dünyada ən mühüm iş olduğu qeyd edilib.

BMT-nin Qaçqınlar və Beynəlxalq Miqrasiya agentlikləri ABŞ-ın münaqişələr və təqiblərə məruz qalanların müdafiəsindəki lider rolu oynaması ənənəsinin davam etdiriləcəyinə ümidlərini ifadə edib.

Prezident dünən Pentaqonda ABŞ-ın təhlükəsizliyinin möhkəmləndirilməsinə dair daha iki sərəncam imzalayıb.

Trampın ölçüləri Nyu-Yorkda etirak aksiyasına səbəb olub.

Sərəncamın mühacirlər və müsəlmanlara təsiri

Nyu-York nümayişlərinin iştirakçısı, Müsəlman İcması Şəbəkəsinin üzvü Debbi Altmontaser müxbirlərə bildirib ki, sərəncamın təsiri həm mühacirlər, həm də müsəlmanlar üçün ciddi olacaq. O, icmalara məhəl qoyulmayacağından ehtiyat etdiyini deyib.

Yəhudi mühacirlərə yardım ictimaiyyətindən Mark Hetfield prezidentin qaçqınları hədəf aldığını və bunun təhlükə altında olan yüz minlərlə insan həyatı bahasına baş gələcəyini bildirib.

Sabiq dövlət katibi Madelin Olbrayt deyib ki, bu addım ölkənin təhlükəsizlik maraqlarına ciddi hədədir.

Nobel sülh mükafatı laureatı, bir zamanlar Talibanın hücumuna məruz qalan fəal, 19 yaşlı pakistanlı tələbə Malala Yusafzai Amerikanın müharibələrdən qaçan uşaqlar, ana və atalara qapılarını bağlamsının ürəkağrıdıcı olduğunu bildirib.