Donald Tramp Amerikanın miqrantların talançılığına məruz qaldığını deyib

ABŞ prezidenti ardıcıl olaraq iki gün ərzində qanunsuz mühacirlərin cənub sərhədlərdəki yürüşünə münasibət bildirib. Donald Tramp Amerikanın miqrantların talançılığına məruz qaldığını deyib.

ABŞ dövlət başçısı Meksikada yoxsulluq və zorakılıqlara qarşı etiraz edən mindən çox insanın Amerikada sığınacaq almaq istəyindən şikayətlənib.

​"Meksika bu insan karvanını ölkəyə buraxmamaq qüdrətinə malikdir. Onlar şimal sərhədlərdə dayandırılmalıdır. Onlar bunu sərhəd qanunları işlədiyi üçün etməli, insanları sərhəd qanunları effektiv olmayan bizim ərazilərə keçməyə qoymamamlıdır" - deyə, Tramp əlavə edib.

Əksəriyyəti Hondurasdan olmaqla, ABŞ sərhədlərini keçməyə can atan miqrantlar Meksika boyu yürüşlər keçirir. Meksika-Qvatamala sərhədlərinə yaxınlaşanlar insan qaçaqmalçıları yolu ilə Amerikada yeni həyat sorağındadır.

Konqres təcili olaraq sərhəd qanunvericiliyini təsdiq edərək, narkotik və insan axınının qarşısını almalıdır

Ötən il bir qrup insan Amerikaya keçməyə nail olub. İnidyədən həmin 200 adamdan yalnız 3-ü sığınacaq ala bilib.

Prezident tvir edərək yazıb ki, Konqres təcili olaraq sərhəd qanunvericiliyini təsdiq edərək, narkotik və insan axınının qarşısını almalıdır. O deyib ki, hətta bu, Senatın sadə səs çoxluğu ilə təsdiqini nəzərdə tuttan qanunundan əl çəkilməsi olsa belə.

Tramp Meksikanın azad ticarət razılığından bəhrələndiyini deyib.

1994-cü ildə ABŞ və Kanadanın təsdiqlədiyi razılıq hazırda nəzərdən keçirilir.