ABŞ prezidenti Donald Trampın ölkənin durumu ilə bağlı Konqresin hər iki palatası önündə illik hesabat məruzəsi ilə çıxış etdi. Bir saat yarım davam edən nitq zamanı prezident ölkə iqtisadiyyatı, vergi ixtisarları, təhlükəsizlik, mühacirət və digər mövzulara toxundu.
Prezident Donald Tramp illik hesabat məruzəsində mühacirət debatı ilə bağlı ortaq məxrəcə gəlməyin vacibliyini vurğuladı. Eyni zamanda o, sərhəd təhlükəsizliyini gücləndirmək tələbində israr etdi.
Biz Amerikanın gücünü və əminliyini ölkənin daxilində qurduqca, xaricdə də öz gücümüzü və mövqemizi bərpa etmiş oluruq.
Ötən ilin iqtisadi nailiyyətlərini önə çəkən ABŞ lideri öz nitqində “yeni Amerika anı” elan etdi.
Mühacirət debatının hökumət maliyyələşməsinə əngəl törətdiyi bir məqamda Tramp siyasəti bir kənara qoyaraq qanunvericiləri “iş görməyə” çağırdı.
“Bu gün mən əlimi hər iki partiyanın nümayəndələrinə - Demokratlara və Respublikaçılara uzadaraq onlarla birgə rəngindən, dinindən və inancından asılı olmayaraq bütün vətəndaşlarımızı qorumaq naminə səy göstərməyə çağırıram,” deyə prezident bəyan etdi.
Milli təhlükəsizlik məsələsinə toxunan prezident Şimali Koreyanın tezliklə ABŞ-ə hədəf ala biləcək atom bombasına can atmasını pislədi.
"Biz belə bir ssenarinin baş verməsinin qarşısını almaq üçün maksumum təzyiq kampaniyası aparırq,” deyə Prezident Tramp bildirdi. "Keçmiş təcrübə bizə öyrədib ki, qənaətbəxşlik və güzəştlər daha çox aqressiyaya və təxribata dəvət edir."
Amerikalılar qurucular ölkəsidir. Biz Empire State Building binasını bir ildə tamamladıq. Sadə yol çəkilməsi üçün icazənin alınmasına indi on il gözləmək utancverici deyilmi?
Prezident öz nitqində Şimali Koreyada həbs olunduqdan sonra ölmcül halda vətənə qaytarılan Otto Vormbiyerin valideynlərinə ehtiramını izhar etdi.
ABŞ prezidenti koalisiya qüvvələrinin İraq və Suriyada İŞİD-ə qarşı uğurlarını qeyd edərək militant qrupu yer üzündən silmək vədinə sadiq qaldığını vurğuladı.
Həmin məruzədən bəzi sitatları təqdim edirik:
“Biz hər bir amerikalının ləyaqətli işə sahib olmasını istəyirik; biz hər uşağın gecə öz evində təhlükəsizlikdə olmasını istəyirik, biz hər bir vətəndaşın sevdiyimiz ölkəmizdən qürur duymasını istəyirik.”
“Amerikalılar öz ölkələrini sevirlər və onlar həmin sevginin və loyallığın qarşılığını verən hökümətə layiqdirlər.”
“Son bir il ərzində biz, vətəndaşlarımız və höküməti arasında etibar bağlarının bərpası yollarını axtarmışıq.”
“Vaşinqtonu daha cavabdeh etmək səylərimiz nəticəsində biz ilk ilimizdə tarixdəki hər bir administrasiyadan daha çox tənzimləmə aradan qaldırmışıq.”
“Amerika nəhayət ki, onilliklər ərzində ərzində bizim rifahımızı qurban edən, şirkətlərimizin, iş yerləriniz və millətimizin sərvətinin ölkədən çıxmasına səbəb olan ədalətsiz ticarət sazişləri səhifəsini çevirdi.”
“Amerikalılar qurucular ölkəsidir. Biz Empire State Building binasını bir ildə tamamladıq. Sadə yol çəkilməsi üçün icazənin alınmasına indi on il gözləmək utancverici deyilmi?”
“Mən hər iki partiyadan iqtisadiyyatımıza və insanlarımıza layiq olduğu daha təhlükəsiz, sürətli, etibarlı və müasir infrastruktur vermək üçün bir araya gəlmələrinə çağırış edirəm.”
“Biz Amerikanın gücünü və əminliyini ölkənin daxilində qurduqca, xaricdə də öz gücümüzü və mövqemizi bərpa etmiş oluruq.”
“Keçən il söz verdim ki, müttəfiqlərimizlə çalışaraq, İŞİD-i yer üzündən siləcəyik. Bir il sonra, qürurla bildirirəm ki, İŞİD-i məğlub etmək koalisiyası həmin qatillərin İraqda və Suriyada vaxtılə nəzarət etdiyi əraziləri demək olar ki, 100% azad edib.”
“Keçmiş təcrübə bizə öyrədib ki, qənaətbəxşlik və güzəştlər daha çox aqressiyaya və təxribata dəvət edir. Mən keçmiş administrasiyaların bizi indiki təhlükəli vəziyyətə salan səhvlərini təkrar etməyəcəm.”
Müxalifətin məruzəyə cavab nitqini Demokrat Konqresmen III Co Kennedi verib. Öz çıxışında mühacirlərin, ətraf-mühitin və orta sinfin qorunmasının mühümlüyünü qeyd edən Massaçusets qanunvericisi Respublikaçıları insanları saxta seçimlər qarşısında qoymaqda ittiham edib. Tramp administrasiyasını demokratik təsisatlara və hüquqlara həmlələr endirməkdə ittiham edən Kennedi irqi və dini ayrıseçkiliyin qəbuledilməz olduğunu bəyan edib. "Siyasətçilər verdikləri vədlərə görə alqışlana bilərlər. Lakin bizim ölkə verdiyi vədlərə nə dərəcədə əməl etməsi ilə dəyərləndirilir," Co Kennedi bildirib.