Tramp koronavirusun əhəmiyyətini azaldır

Your browser doesn’t support HTML5

ABŞ prezidenti Donald Tramp neftin qiymətinin azalması və koronavirusun dünya boyu yayılması səbəbilə maliyyə bazarlarının sürətlə aşağı düşməsinin əhəmiyyətini kiçildib. Bu arada isə Trampın müşavirləri ona tövsiyyələr siyahısı təqdim edib. Onlar bu tövsiyyələrin epidemiyanın iqtisadi zərərlərinin qarşısını alacağına ümid edir.

Fond bazarları bazar ertəsi kəskin aşağı düşüb. Nyu York fond bazarında isə S&P 500 indeksi 7 faizdən çox azalandan sonra əməliyyatlar qısa müddətlik dayandırılıb.

“Bu, fond birjasında müşahidə etdiyimiz ən böyük geriləmələrdən biridir. Buna bənzər geriləmələr 1-2 dəfə olub. Biri 2008-ci ildə maliyyə böhranın başlanğıcında olub, bir neçə dəfə də 1987-ci ildə. Bu da onlara bənzəyir. Bu qara bazar ertəsidir,” Markets.com-un baş bazar təhlilçisi Nil Vilson bildirir.

Adətən prezidentlər hər hansı bir böhrana iqtisadi çərçivədən baxmır. Və aydındır ki, bu risklidir, çünki o, təkcə insanların çəkdikləri əziyyətlərə deyil, həm də onların qorxularına laqeyd yanaşdığını göstərir.
Vanessa Bisli

Koronavirusun təsirləri səbəbilə onsuzda zəifləyən fond bazarı neft qiymətinin ucuzlaşması ilə daha da zəifləyib. Səudiyyə Ərəbistanı Rusiyanın tədarükü azaltmağa razılaşmamasının ardınca bazardakı hissəsini qorumaq üçün neftin qiymətini azaldıb.

Prezident Tramp insanlara təskinlik vermək üçün Twitterdə aşağı neft qiymətinin istehlakçı üçün müsbət hal olduğunu yazıb və “saxta xəbərləri” panika yaratmaqda günahlandırıb.

“Biz virus məsələsi ilə bağlı gözəl işlər görmüşük,” Tramp deyib.

Tramp koronavirus testindən keçib-keçmədiyinə dair suallara cavab verməkdən imtina edib. O həmçinin epidemiyanın əhəmiyyətini kiçildib və COVID-19-dan ölənlərin sayını qripdən ölənlərin sayı isə müqayisə edərək deyib ki, qrip səbəbilə heç nə bağlanmır, həyat və iqtisadiyyat öz axarında davam edir.

“Adətən prezidentlər hər hansı bir böhrana iqtisadi çərçivədən baxmır. Və aydındır ki, bu risklidir, çünki o, təkcə insanların çəkdikləri əziyyətlərə deyil, həm də onların qorxularına laqeyd yanaşdığını göstərir,” Vanderbilt Universitetindən Vanessa Bisli bildirir.

Tramp bazar ertəsi iqtisadi müşavirləri ilə görüşüb və virusun iqtisadiyyata təsilərini aradan qaldırmaq üçün atılmalı olan addımları, o cümlədən gəlir vergisinin azaldılması, virusa yoluxan insanlara ödənişli tətil günlərinin verilməsi və kiçik bizneslərə kreditin verilməsi kimi tədbiləri müzakirə edib.

“Biz həmçinin təsirə məruz qalan hava yolları, kruiz gəmiləri ilə birlikdə işləyiirk. Biz onlarla yaxından əməkdaşlıq edir. Biz insanların bəzi yerlərə səyahət etmələrini, bəzi yerlərə isə səyahət etməmələrini istəyirik,” Tramp deyib.

ABŞ Dövlət Departamenti amerikalılara kruiz gəmilərində səyahət etməmək barədə xəbərdarlıq edib. Eyni zamanda Kaliforniya rəsmiləri Grand Princess gəmisinin 2400-dən çox sərnişini təxliyə etməyə başlayıb. Gəminin 21 sərnişini COVID-19 virusuna yoluxub.