Tramp Cənubi Koreya prezidentini qəbul edir

ABŞ prezidenti bu gün axşam Cənubi Koreya prezidenti ilə şam ziyafətində görüşəcək.

Donald Tramp və Mun Ja-in sabah Şimali Koreyanın təhdidlərinə dair müzakirələr keçirəcək.

Bu, iki ölkə liderinin ilk görüşü olacaq. Daha əvvəl liderlər telefon söhbəti aparıb.

ABŞ prezidenti Donald Tramp və Cənubi Koreyanın yeni seçilmiş prezidenti Mun Caye-un arasında telefon söhbəti zamanı Şimali Koreyanın nüvə silahları proqramı məsələsinin həllində yaxından əməkdaşlıq etmək haqda razılıq əldə edib.

Cənubi Koreya rəsmiləri bildiriblər ki, Tramp Munun inaqurasiya günü telefon söhbəti zamanı Pxenyanın hərbi ambisiyalarının mürəkkəb adlandırsa da, bunun həll edilə biləcək problem olduğunu deyib.

Tramp bildirib ki, ABŞ və Cənubi Koreya arasında uzun zamandır Şimali Koreyanın təhlükələri qarşısında bir sipər rolunu oynayan münasibətlər güclüdür. Cənubi Koreya rəsmilərin verdiyi məlumata görə, Tramp Munu Vaşinqtona dəvət edib.