ABŞ prezidenti Çini Şimali Koreyaya neft nəql etməkdə günahlandırıb

ABŞ prezidenti Çini Şimali Koreyaya neft nəql etməkdə günahlandırıb. Baxmayaraq ki, Çin BMT-nin Pxenyana qarşı sanksiyalarını pozmadığında israr edir.

Donald Tram "olduqca məyusedicidir" - deyə, Twitter hesabında yazıb.

Cənubi Koreya qəzetləri Çin və Pxenyan gəmilərinin dənizdə görüşərək qanunsuz neft daşınması həyəta keçirdiyini yazıb.


BMT keçən həfftə Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Sanksiyalar Şimali Koreya neftinin 90 faiz azaldıb 500 min barrelə endirməklə yanaşı, xam neftin illik idxalını 4 milyon barrelədək azaldılmasını nəzərdə tutur.

Ötən həftə ABŞ dövlət katibi Reks Tillerson və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Koreya yarımadasının nüvəsizləşdirilməsinə nail olmaq məqsədilə diplomatik həll yolunun tapılması üçün birgə işi davam etdirmək haqda razılıq əldə edib. Bu haqda ABŞ Dövlət Departamentinin açıqladığı bəyanatda bildirilib.

Bəyanatda deyilib ki, Tillerson və Lavrov telefon söhbəti zamanı Şimali Koreyanın “qeyri-sabitlik yaradan nüvə proqramı ətrafında mövcud narahatlıq” məsələsini müzakirə edib və nə Birləşmiş Ştaltar, nə də Rusiyanın Pxenyanı nüvə qüdrəti kimi qəbul etmədiyini vurğulayıb.