Respublikaçılar Tramp-Komi görüşünün mövcuddursa yazısının açıqlanmasını tələb edir

Respublikaçı qanunvericilər prezident Donald Tramp və Federal Təhqiqatlar Bürosunun (FBI) keçmiş direktoru Ceyms Komi arasında danışıqlar əgər yazılıbsa, bu halda onların açıqlanması üçün Ağ Evə təzyiq göstərir.

Bu, Trampın fevral ayında Ağ Evdə Komi ilə görüş zamanı keçmiş milli təhlükəsizlik müşaviri Flinnlə bağlı təhqiqatı dayandırması üçün təzyiq göstərib-göstərmədiyi məsələsinə aydınlıq gətirə bilər. FBI o zaman Rusiyanın ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı təhqiqat aparırdı.

Tramp Flinni Rusiyanın ABŞ-dakı səfiri ilə görüşü haqda yalan məlumat verdiyinə görə vəzifəsindən kənarlaşdırıb.

Federal Təhqiqatlar Bürosunun keçmiş direktoru Ceyms Komi Senatın Kəşfiyyat komitəsində ifadə verməzdən əvvəl and içir

Keçən həftə Senatın Kəşfiyyat komitəsi qarşısında ifadə verən zaman Komi qanunvericilərə deyib ki, o, Trampın Flinnin təhqiqatı ilə bağlı “burax bu məsələni” deməsini prezidentin ona təhqiqatı sona çatdırması haqda göstəriş verdiyi kimi başa düşüb. Komi Trampın ona tam sədaqət göstərməsini istədiyini və onun bu təklifi rədd etdiyini bildirib. Bu, cinayət araşdırmalarının Ağ Evin nəzarətindən müstəqil olması prinsipinin pozulması kimi dəyərləndirilir.

Tramp Kominin danışıqlarla bağlı ifadələrini qeyri-dəqiq adlandırıb.

Amerika prezidenti Kominin Senatda ifadə verməsindən öncə danışıqların Ağ Ev tərəfindən yazıla bildiyinin mümkünlüyünü bildirib. Lakin nə prezident, nə də onun müşavirləri bununla bağlı dəqiq məlumat verməyiblər.

Ağ Ev bazar ertəsi günü də danışıqların yazılıb-yazılmaması ilə bağlı bu və ya başqa şəkildə açıqlama verməkdən imtina edib.