Tramp-Kim sammitindən düz bir il ötür

Your browser doesn’t support HTML5

ABŞ və Şimali Koreya prezidentləri - Donald Tramp və Kim Conq Un arasında keçirilən Sinqapur sammitindən düz bir il keçir. O zaman Tramp "Şimali Koreyadan artıq nüvə təhlükəsi yoxdur" demişdi. Lakin bir il sonra nüvə razılığı heç vaxt olmadığı qədər əldəedilməzdir.

ABŞ və Şimali Koreya prezidentləri Donald Tramp və Kim Conq Un arasında keçirilən Sinqapur sammitində tərəflər Koreya yarımadasının nüvəsizləşdirilməsi yolunda iş aparılmasına dair razılıq əldə etmişdi.

Qeyri-müəyyən olsa da, bir çoxları razılığın ABŞ-la Şimali Koreya arasındakı uzunmüddətli qarşıdurmanın sonu olacağını düşünürdü.

Bir il sonra yollar yenidən ayrılıb. Pxenyan Amerikanın müzakirələrin davam etdirilməsi çağırışına məhəl qoymur.

Tramp isə nikbinliyini itirmir.

"Mən Kimdən yaxşı bir məktub aldım. Məktubu sizə göstərə bilmərəm. Lakin bu, olduqca şəxsi, səmimi və yaxşı məktubdur. Buna görə minnətdaram."

Tramp Kimlə 3-cü sammitə açıq olduğunu da deyib. Baxmayaraq ki, belə bir görüş ehtimalı demək olar ki, mövcud deyil.

"Gündəlik təmaslar, orta səviyyəli müzakirələr, danışıqlar iş görə bilərdi. Lakin bunu görmürük" - deyə, Yonsei Universitetindən Darsi Draut bildirib.

Tramp razılıq üçün tələsməyə dəyməz deyir. Lakin Pxenyanın isə tələsdiyi müşahidə edilir. Belə ki, Kim ABŞ-dan ilin sonunadək yanaşma tərzini dəyişməsini tələb edir.

Mümkün dəyişiklik Trampın Cənubi Koreya səfəri zamanı ola bilər Hətta Tramp-Kim görüşü barədə şayiələr də gəzir.

Əgər bu, baş tutsa, Trampa inkişaflar əldə edilməsi üçün əvvəlki iki sammitdən fərqli olaraq daha artıq təzyiq göstəriləcəyi gözlənilir.