Tramp: Kimin xalqı və bəşəriyyət üçün düzgün yolu seçmək kimi bir şansı var

ABŞ prezidenti Şimali Koreya liderinin Koreya yarımadasının nüvəsizləşdirilməsi istiqamətində xalqı və bəşəriyyət üçün düzgün yolu seçmək kimi bir şansı olduğunu bildirib.

Donald Tramp Twitter hesabında yazıb ki, Kim Conq Un ilə görüşü səbirsizliklə göləyir. Lakin o, eyni zamanda Pxenyana qarşı sanksiyalar və təzyiqlərin maksimum səviyyətə saxlanağını deyib.

​Cənubi Koreya hökümətinin sözçüsü çərşənbə günü deyib ki, Pekində keçirilən Çin prezidenti Şi Tsinpin və Şimali Koreya lideri Kim Con Un arasında görüş Koreya yarımadasında sülhün bərqərar olmasına kömək edə bilər.

Sözçünün bu şərhlərindən öncə, Çinin rəsmi xəbər agentliyi Pxenyanın Cənubi Koreya ilə münasibətlərin yaxşılaşdırılmasında və Birləşmiş Ştatlar ilə görüş keçirmək niyyətində olması ilə bağlı Kimdən sitat gətirmişdi.

Yaponaniyanın baş naziri çərşənbə günü bildirib ki, Kimin Çinə etdiyi səfəri təhlil edilir.

Yaponiyanın baş naziri Şinzo Abe: “Biz Şimali Koreyadan konkret addımlar görməyənə qədər embarqonu qaldırmayacayıq.”

Lakin hələlik Yaponiya, Cənubi Koreya, Birləşmiş Ştatları və beynəlxalq icmanı qane etmək üçün Kimin nə qədər irəli addım atacağı aydın deyil. Belə ki, Şimali Koreyanın nüvə iddiası ölkə daxilində çox fəal şəkildə təbliğ edilir.

Kimin Çinə səfəri hər iki tərəf üçün faydalı ola bilər. Bu yolla, Pekinin ABŞ və Şimali Koreya ilə görüşdən kənarda qalacağı narahatlığını aradan qaldırıldı.

​Şimali Koreya lideri Kim Conq Un və Cənubi Koreya prezidenti Mun Cae-in arasında 27 aprel tarixində ikitərəfli zirvə toplantısı keçiriləcək.

Kim Conq Un və prezident Mun arasındakı zirvə görüşü Pxenyan və Seul arasında Şimalın nüvə silahları və ballistik raket proqramı sınaqlarına görə yaranmış gərginlikdən bir il sonra keçirilir.

ABŞ prezidenti Donald Trampın Kim Conq Un ilə təkbətək görüşünün may ayında keçiriləcəyi gözlənilir.