İrqi gərginliklərlə bağlı yerli rəsmilərin narahatlıqlarına məhəl qoymayan prezident Donald Tramp Viskonsin ştatının Kenoşa şəhərinə səfər edib. Tramp ötən ay ağ polis zabiti tərəfindən qaradərilinin öldürülməsindən sonra zorakı iğtişaşlara səhnə olan bu şəhərdə seçkiqabağı nizam və qanun kampaniyasını davam etdirib.
Nümayişçilər və əks-nümüyişçilər avqustun 23- də Ceykob Bleykin öldürülməsi ilə zorakılıq səhnəsinə çevrilən Kenoşada prezident Trampı salamlayıb.
Qaradərili şəxs onu həbs etməyə çalışan polis tərəfindən 7 güllə atəşinə məruz qalıb.
Kenoşanın meri və Viskonsin qurbernatorunun Trampın səfərinin irqi gərginlikləri artıracağı xəbərdarlıığına baxmayaraq, prezident şəhərin dağıdılmış bölgəsində biznes turu keçirib.
“Onlara yardım edəcəyik və böyük yardım edəcəyik” , Tramp vəd edib.
Tramp hüquq-mühafizə işçiləri ilə görüşsə də, Bleykin ailəsi ilə görüşməyib. O, öz nizam və qanun mesajını səsləndirib
… noyabr seçkiləri ərəfəsindəki irqi gərginliklərin daha da dərinləşməməsi, ölkə daxilində bəzən aylarla davam edən zorakı etirazların dayandırmasına çağırıb.
Trampın ağ bir yeniyetmənin Kenoşada iki nəfəri güllələməsi ilə bağlı onun özünü bəlkə müdafiə etdiyini deməsi prezidentliyə demokrat namizəd Co Bayden də daxil edilməklə, bir çoxlarının tənqidinə səbəb olub.
"Güllələr yandırır. Bizim yanğınları söndürmək əvəzinə onları alovlandıran bir prezidentimiz var. Biz yandırmamalıyıq, biz qurmalıyıq” - deyə, Bayden bildirib.
Tramp isə zorakılıqları daxili terror adlandıraraq, demokratları iğtişaşları dayandıra bilməməkdə günahlandırıb.
“Laqeyd solçu siyasətçilər millətimizin və hüquq-mühafizə orqanlarımızın zülmkar və ya irqçi olduqları barədə dağıdıcı mesajlarını davam etdirirlər.”