"Morning Joe" verilişinin aparıcıları Trampa cavab verib

"Morning Joe" verilişinin aparıcıları Co Skarboro və Mika Brzezinski prezidentin yalan söylədiyini bildirib. Onlar Donald Trampın proqramlarına münasibətinin nə zehni sağlamlığı, nə də ölkəyə xidmət etdiyini deyib.

Co Skarboro "biz yaxşıyıq, ölkə deyil" deyə, Trampa müraciət edib.

ABŞ prezidenti xəbər mediasını yenidən tənqid atəşinə tutub. Donald Tramp məşhur televiziya kommentatorunu lağa qoyub.

Uzun müddətdir əsas agentliklərin yalan məlumat yaymaqda ittiham edən prezident son Twitter statusunda Morning Joe proqramının aparıcısı Mika Brzezinski və onun nişanlısı Co Skarboro haqda belə yazıb: " Mən çox aşağı reytinqə malik olan @Morning_Joe-nun mənim haqda çox mənfi danışdığını eşitdim. Necə olur ki, aşağı İ.Q-ya malik olan ağılsız Mika və psix Jo yeni il ərəfəsində 3 gecə biri-birinin ardınca mənə qoşulmaq istəyirdilər. Dərisini çəkdirdiyinə görə, üzü qan içində idi. Mən dedim yox!"

Cütlük isə bildirirb ki, onlar Trampın inaqurasiyasından əvvəl onun mühahibə keçirmək üçün onun Floridadakı Mar-a-Lago malikanəsinə gedib.

Tramp vəzifəyə gəlmədən öncə bir neçə dəfə Morning Joe şousunun qonağı olub. Lakin prezident onun prezidentliyini tənqid edən xəbər agetliyində artıq görünməyəcəyini bildirib.