Tramp: İqlim həyəcançıları iqtisadiyyatımıza, azadlıqlarımıza təhlükədir

“İndi pessimizm vaxtı deyil. İndi optimizm vaxtıdır. Qorxu və şübhə yaxşı düşüncə prosesi deyil,” deyə ABŞ prezidenti Donald Tramp İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun yığıncağında bəyan edib.

Qlobal iqlim dəyişikliyi fəalları arasında “həyəcançılıq” tendensiyasına qarşı xəbərdarlıq edən Tramp onları “qiyamətin peyğəmbərləri” adlandırıb.” ABŞ lideri hesab etdiyini bildirib ki, iqlim həyəcançılarının tövsiyələrinə qulaq asmaq iqtisadiyyata sarsıdıcı zərbə endirə və fərdi azadlıqların aradan qaldırılması ilə nəticəlnə bilər.

Biz heç vaxt radikal sosialistlərə iqtisadiyyatımızı dağıtmağa, ölkəmizi bərbad günə qoymağa və azadlıqlarımızı məhv etməyə imkan verməyəcəyik.

İqlim həyəcançılarını radikal sosializmlə səciyyələndirən Respublikaçı prezident adətən bu növ aktivizmin arxasında insanlar üzərində nəzarət və hakimiyyət yanğısı dayandığını vurğulayıb.

“Onlar 1960-cı illərdə əhali çoxluğu böhranı, 70-ci illərdə kütləvi aclıq, 90-cı illərdə neftin sonunu proqnozlaşdırmışdlar. Bu həyəcançılar daim eyni şeyi tələb edirlər: həyatımızın bütün aspektlərini idarə etmək, dəyişmək və bizə dominantlıq etmək üçün mütləq hakimiyyət,” Tramp bəyan edib.

“Biz heç vaxt radikal sosialistlərə iqtisadiyyatımızı dağıtmağa, ölkəmizi bərbad günə qoymağa və azadlıqlarımızı məhv etməyə imkan verməyəcəyik.”

ABŞ Prezidenti Donald Tramp iki böyük ticarət razılığının əldə edildiyini bəyan edərək, “Amerikanın bir daha qalib gəldiyini” vurğulayıb.

Tramp Çinlə ticarət razılığının ilk mərhələsi və Senatın Kanada və Meksika ilə yeni ticarət sazişinin təsdiqlənməsi də daxil olmaqla, orta sinif işçiləri və şirkətlər üçün əldə edilən nailiyyətlərə toxunub.

"İki il əvvəl bu forumda çıxış edərkən sizə demişdim ki, Amerikanın böyük qayıdışına başladıq. Bu gün fəxrlə deyirəm ki, Birləşmiş Ştatlar dünyada heç görülməyən iqtisadi bumu yaşayır," deyə Tramp bildirib.

Tramp öz administrasiyasının Amerikanın enerji müstəqilliyini təmin etdiyini deyərək əlavə edib ki, "Birləşmiş Ştatlara artıq enerji idxal etmir".

"İndi Amerika qazının bolluğu imkan verir ki, Avropa müttəfiqlərimiz qeyri-dost enerji təchizatçılarına möhtac qalmasınlar," o bildirib. "Biz Avropadakı dostlarımızı Amerikanıən geniş sərvətindən yararlanmağa və həqiqi enerji müstəqilliyi qazanmağa çağırırıq."

O, digər ölkələri də onun yolu ilə getməyə və vətəndaşlarını "sarsıdıcı bürokratiyadan" azad etməyə çağırıb.

Tramp eləcə də diqqəti "apokalips və qiyamət proqnozları verən peyğəmbərləri" rədd etməyə və diqqəti iqtisadiyyatın inkişafına yönəltməyə çağırıb.

Trampın çıxışından qısa müddət sonra "iqlim apokalipsindən" qaçınmaqla bağlı müzakirə aparacaq ətraf mühit fəalı Qreta Tunberqlə bağlı suala cavab olaraq ABŞ lideri özünü “ətraf mühitə çox inanan" bir şəxs adlandırıb və təmiz hava və su istədiyini söyləyib.