Trampın yeni sərəncamı iş vizalarının sui-istifadəsinin qarşısını alacaq [Video]

Your browser doesn’t support HTML5

Trampın yeni sərəncamına əsasən hökümət idarələri yalnız amerikan mallarının alınmasını təmin etməlidirlər.

“Bu sərəncamla, mən hər bir dövlət idarəsinə göstəriş verirəm ki, onlar yerli mallar almaqla, hökümət layihələrində Amerika istehsalı məhsulların istifadəsini artırsınlar.”

Tramp Viskonsin ştatında zavodlarının birində çıxışı zamanı qeyd edib ki, ABŞ immiqrasiya qaydalarındakı boşluqlar işəgötürənlər üçün digər ölkələrdən daha ucuz işçi qüvvəsi cəlb etmək şəraiti yaradır.

Amerikalı işçilər uzun zamandır iş vizalarının sui-istifadəsinə son qoyacaq islahatlar tələb edirlər.
Prezident Tramp

“Amerikalı işçilər uzun zamandır iş vizalarının sui-istifadəsinə son qoyacaq islahatlar tələb edirlər. Bizim islahat bu tələbi yerinə yetirəcək. İslahatlar həm də iş vizaları ilə bağlı çoxdan gözlənilən dəyişiklikləri də nəzərdə tutur.”

H-1B iş vizası şirkətlərə ölkədə çatışmayan mütəxəssisləri xaricdən cəlb etmək üçün yaradılıb. Siyasi elmlər professoru Ronil Hira bu vizanın niyyətinin çox yaxşı olduğunu bildirir:

“Məqsəd mövcud olan boşluqları doldurmaqdır. Əgər şirkətlər ehtiyac duyduqları sahəyə uyğun mütəxəssisləri Amerikada tapa bilmirlərsə, onlar xarici mütəxəssisləri işə götürə bilərlər.”

H-1B vizası müvəqqəti xarakter daşıyır. Amma, professorun dediyinə görə, bu proqram yalnız ən yaxşı və istedadlı işçiləri gətirmək üçün istifadə edilmir.

“Xeyli sayda şirkət bu proqramı boşluqları doldurmaq əvəzinə xaricdən ucuz işçi qüvvəsi gətirmək üçün istifadə edir. Nəticədə, bir tərəfdən proqram üçün ayrılan yerlər tez dolur, digər tərəfdən isə amerikalılara təklif edilən işlər azalır. Bu baxımdan, Trampın fikirləri doğrudur.”

Professor Hiranın dediyinə görə, qaydaların sərtləşməsi H-1B vizasının sui-istifadəsinin qarşısını alacaq. Nəticədə isə, xarici mütəxəssislərə ehtiyacı olan şirkətlərin işi asanlaşacaq.