ABŞ prezidenti İranın nüvə anlaşmasına riayət etdiyini təsdiqləməyəcək

"Əvvəllər dediyim kimi, İran anlaşması Birləşmiş Ştatların indiyədək daxil olduğu ən pis və birtərəfli sazişlərdən biridir," deyə ABŞ prezidenti Donald Tramp bu gün İranla nüvə sazişinə dəstəyini rəsmən geri götürdüyünü bildirib. ABŞ lideri İslam Respublikasına qarşı yeni sərt strategiya açıqlayıb.

"Nüvə anlaşması İranın diktaturasına siyasi və iqtisadi həyat naqili uzadaraq sanksiyaların yaratdığı təzyiqləri yumşaltdı," deyə Prezident Tramp sələfi Barak Obamanın rəsmi Tehranla gəldiyi razılığı tənqid edib. "O, həmçinin rejimə maliyyə dəstəyi verərək hökumətə terroru maliyyələşdirmək üçün əlavə $100 milyard dollar bəxş etdi."

Biz İranın nəticəsi əvvəlcədən bəlli olan zorakı, terrorçu və nüvə təhlükəsi olan yolda davam etməsinə imkan verməyəcəyik.

Tramp çıxışı zamanı 2015-ci ildə Vaşinqton və digər 5 dövlətin İranla əldə etdiyi razılığın Birləşmiş Ştatların milli təhlükəsizliyinin marağında olmadığını bəyan edib.

"Biz İranın nəticəsi əvvəlcədən bəlli olan zorakı, terrorçu və nüvə təhlükəsi olan yolda davam etməsinə imkan verməyəcəyik," Donald Tramp bildirib. "Biz rejimin atom bombası əldə etməsinə imkan verəcək bütün cığırları qapadacağıq."

İranla nüvə anlaşması sabiq Prezident Obamanın dönəmində imzalanıb. Respublikaçılar razılığın İrana ifrat güzəştlərə getməsindən razı deyillər.

Prezident Tramp Irana qaşı atılacaq üç əsas addımı sadalayıb. Bunlar iranın regiondakı terror çu fəaliyyətinə qarşı tədbirlər, rejimin maliyyə dayaqlarına qarşı əlavə sanksiyalar, və nəhayət rejiin öz qonşularına, qlobal ticarətə və naviqasiya azadlığına törətdiyi təhlükənin aradan qaldırılmasını əhatə edir.

Prezident Tramp aydın edib ki, başlıca hədəf İranın ali dini liderinin "şəxsi korrupsioner terror dəstəsi" olan İran İnqilab Qvardiyası və opnun üzvləri olacaq. Əlavə olaraq ABŞ anlaşmada İrana qoyulmuş məhdudiyyətlərin vaxt möhlətini tanımyacaq. ABŞ prezidenti Konqres və müttəfiqlərlə bu barədə razılığa gəlinmədiyi təqdirdə ölkəni nüvə anlaşmasından büsbütün çıxaracağını və ona son qoyacağını elan edib.

"Şimali Koreyada gördüyümüz kimi, nə qədər çox biz bu təhlükəni qulaqardına vururuqsa, bir o qədər çox təhlükə böyüyür. Ona görə də biz qət etmişik ki, dünyada terrorun aparıcı sponsoruna heç vaxt atom bombası əldə etməyə imkan verməyəcəyik."

Şimali Koreyada gördüyümüz kimi, nə qədər çox biz bu təhlükəni qulaqardına vururuqsa, bir o qədər çox təhlükə böyüyür.

Müqavilənin 60 gün müddətinə dayandırılacağı müddət ərzində Konqres razılaşmanın bir hissəsi olaraq qaldırılan iqtisadi sanksiyaların bir qisminin və ya hamısının yenidən reallaşdırılmasına qərar verməlidir.

Konqresin Respublikaçı qanunvericiləri prezidentin bəyanatına dəstək verərək tezliklə əlavə sanksiyaları səsə qoyacaqlarını bildiriblər. Demokrat qanunvericilər isə İranın desertifikasiyadan sui-istifadə edərək öz öhdəliklərindən boyun qaçıracağından ehtiyat etdiklərini bildiriblər.