Tramp ABŞ iqtisadiyyatının durumunu yüksək qiymətləndirib

ABŞ prezidenti Donald Tramp ölkə iqtisadiyyatında artımın davam etməsinə yüksək qiymətləndirərək, “onilliklər ərzində göstəricilərin daha yaxşı olduğunu” deyib.

“Bizneslər heç vavt olmadığı bir şəkildə Amerikaya qayıdır. İşsizlik səviyyəsi rekord aşağı səfiyyəyə enir. Biz düzgün yoldayıq!”, Tramp Twitter səhifəsində yazıb.

Tramp bildirib ki, “Chrysler buna misaldır, şirkət Meksikonu tərk edir və ABŞ-a qayıdır. Lakin dünyanın səkkizinci ən böyük avtomobil istehsalçısı olan Chrysler-in istehsalın genişləndirilməsi planları prezidentin qeyd etdiyi qədər böyük deyil. Şirkət Ram tipli kiçik yük maşınları istehsalını Meksikadan Miçiqan ştatına keçirərək, buna 1 milyard dollar invesisiya edəcəyini elan edib. Lakin Chrysler Meksika zavodlarında avtomobil istehsalını azaltmır.

ABŞ-da işsizlik səviyyəsi son üç ayda 4.1 faiz səviyyəsində qalır. Bu, son 17 ildə ən aşağı göstəricidir. Dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ-da iqtisadi artım Trampın hakimiyyətdə ilk ili olan keçən bir il ərzində 2.3 faiz təşkil edib. Müqayisə üçün 2016-cı ildə bu göstərici 1.5 faiz olub.

Dodge Ram kiçik yük maşını modeli Detroytda Miçiqanda Beynəlxalq Avtomobil şousunda nümayiş etdirilir.

Lakin 2017-ci ilin son üç ayı ərzində ABŞ iqtisadiyyatında yavaşıma müşahidə edilib. Son kvartalda artım səviyyəsi iyul-sentyabr ayları arasında müddətdə 3.2 faizdən 2.6 faizə enib.

ABŞ iqtisadiyyatının durumunu müsbət qiymətləndirən Tramp eyni zamanda onu şənbə günü tokşou zamanı Haiti və Afrikadan gələn insanlar haqda nalayiq ifadə işlətdiyinə görə prezidenti tənqid atəşinə tutan rep musiqiçisi Jay-Z-ni kəskin tənqid edib.

“Bir nəfər lütfən, Jay-Z-ni mənim siyasətimlə bağlı məlumatlandırsın ki, qaralar arasında işsizlik səviyyəsi ƏN REKORD AŞAĞI SƏVİYYƏDƏDİR!”, Tramp Twitter səhifəsində mesajında yazıb. ABŞ-da qaralar arasında işsizlik səviyyəsi 6.8 faiz təşkil edir. Lakin bu yenə də ağlar arasında 3.7 faiz olan işsizlik səviyyəsi göstəricisindən çox yuxarıdır.

Jay-Z CNN tele kanalının aparıcısı Van Consa deyib ki, qaralar üçün də hiss ediləcək iqisadi artım Trampın əhalisinin əsas hissəsi qaralardan ibarət olan ölkələrə hücumlarından artıq deyil.