Bütün varlığı ilə xalq üçün çalışacağını vəd edən milyarder biznesmen Donald Tramp ABŞ-ın 45-ci prezidenti kimi and içib.
Sadə amerikalıların səsisnə səs verəcəyini bəyan edən Tramp indən belə Vaşinqtonun onların iradəsini əks etdirəcəyini konkret nəticələr əldə edəcəyini bildirib.
İnaqurasiya çıxış zamanı Tramp bu günün xalqın günü və Amerikanın xalqın ölkəsi olduğunu deyib.
Prezident hansı partiyanın ölkəni idarə etdiyinin deyil, hansı hökumətin xalq tərəfindən idarə edildiyinin mühümlüyünü önə çəkib.
"Böz söz-söhbətin vaxtı bitdi. İndi hərəkət məqamı gəlir," deyə Prezident Tramp bu vəzifədəki ilk nitqində bəyan edib.
İki sadə qaydaya riayət edəcəyik: Amerika malı alın. İşə amerikalını götürün.
Kapitoli ilə Vaşinqton abidəsi arasındakı milli xiyabanda toplaşmış minlərlə adam Trampın nitqini dinləyib.
Milli qürur hissinə əsaslanan nitqdə Tramp siyasi baxımdan parçalanmış ölkəni bir araya gətirəcəyinə söz verib.
"Ürəyinizi vətənpərvərliyə açdıqda, ayrıseçkiliyə yer qalmır," o bəyan edib.
Amerikada iş yerlərinin xaricə axmasından gileylənən Tramp ölkə boyu "paslanan zavodların qəbir daşları kimi səpələndiyini" qeyd edib."
"Amerikanın məşəqqəti bu gün, burada bitir," Tramp söyləyib.
Tramp öz prezidentliyni ölkənin vətəndaşlara qaytarılması kimi təsvir edib. O, heç zaman amerikalıları məyus etməyəcəyini bəyan edib.
"Bu gündən etibarən birinci Amerika olacaq, Tramp deyib. "Mən sizin üçün bütün varlığımla vuruşacağöam.... Biz iş yerlərini qaytaracağıq, sərhədlərimizi qaytaracağıq, var-dövlətimizi qaytaracağıq."
Siyasətimizin əsasında Amerika Birləşmiş Ştatlarına tam sədaqət dayanır.
Sələfi Barak Obamadan fərqli olaraq Donald Tramp terrorizmə qarşı mübarizəyə gəldikdə "radikal İslam terrorizmi" ifadəsini işlədib, və onu "yer üzündən siləcəyini" bəyan edib.
Trampın ailə tövratı üzərinə əl qoymaqla andını Ali Məhkəmənin baş hakimi Con Roberts qəbul edib. Vitse prezident Mayk Pens isə Ali Məhkəmənin hakimi Klarens Tomas qarşısında and içib.
İnaqurasiya mərasiminin ardınca Prezident Tramp ənənəvi inaqurasiya paradını seyr edəcək.
Amerikanın Səsinin Azərbaycan xidmətinin əməkdaşı Dilşad Əliyarlı inaqurasiya mərasimini Kapitolidə izləyib. [VIDEO]:
Your browser doesn’t support HTML5
İnaqurasiyadan bir gün öncə Tramp millətin “qiyamət səhnə” müşahidə edəcəyini bəyan edib.
Tramp vəd edib ki, o, ölkənin vəhdəti üçün mübarizə aparacaq və “Amerikanı hamı üçün möhtəşəm” edəcək.
Linkoln Memorialında düzənlənən inaqurasiya konsertinin ardınca Tramp kütlələrə dünya boyu milyonlarla insanın inaqurasiya mərasimini seyr etdiyini bildirib.
Trampın Ağ Ev sözçüsü Şon Spayser növbəti prezidentin öz nitqinə düzəlişlər üzərində işlədiyini bildirib.
Tramp öz nitqində Amerikanın üzləşdiyi problemlərə toxunub. Trampın mesajında qanunverici agendadan yox, fəlsəfi baxışlardan söz açılıb.
İnaqurasiyadan bir gün öncə Tramp Linkoln Memorialında konsertə qatılmış, Arlinqton Milli Qəbiristanlığında əklil qoymuşdur.
Daha sonra Tramp və gələcək vitse-prezident Mayk Pens Vaşinqtonun "Union Station" deposunda kampaniya donorları üçün şam ziyafəti keçiriblər.
Tramp adi vətəndaş olaraq sonuncu gecəsini hökumətin fəxri qonaqlar üçün nəzərdə tutduğu Blair House-da keçirib. Bu bina Pennsilvaniya xiyabanında Ağ Evlə üzbəüz yerləşir.