Mərkəzi Amerikadan mühacir karvanı Meksikanın şimal sərhədinə yaxınlaşdığı bir vaxt ABŞ prezidenti Donald Tramp onların Birləşmiş Ştatlara daxil olma arzusunu fövqəladə vəziyyət adlandırıb.
2000-dən çox üzvü olan Milli Qvardiya artıq əraziyə səfərbər edilib.
Tramp karvanın ABŞ-a daxil olmasının qarşısını almaq məqsədi ilə sərhədə hərbi qoşun göndərəcəyi ilə də hədələyir.
Prezident həmçinin, cümə axşamı Twitterdə mühacir karvanının öz ölkələrinə qayıdaraq milyonlarla digərləri kimi vətəndaşlığa müraciət etmələrini məsləhət görüb.
Tramp həmçinin, vətəndaşlarının ABŞ-a getmələrinin qarşısını almadıqlarına görə Honduras, El Salvador və Qvatemalaya yardımı ya tamamilə kəsməyə ya da azaltmağa başlayacağını deyib.