Trampın Avropa səfəri qarışıq tədbirlərlə müşayiət edilib

Şənbə günü Avropa səfərini başa vurub vətəninə dönəcək prezident Trampı səhiyyə islahatları kimi daxili məsələlər gözləyir.

ABŞ prezidentinin Avropa səfəri qarışıq tədbirlərlə müşayiət edilib. Onun Putinlə görüşünə və bir neçə ştatın Senatın qərarlarına etirazlar olub.

Filadelfiyada Tramp əleyhinə nümayişlərdə etirazçılarla polis arasında qarşıdurma yaşanıb.

150 nəfərə yaxın adam Trampın impiçmenitini tələb edib. ABŞ prezidentinin tərəfdarları isə ayrılıqda yürüş keçirib.

Polisin bildirdiyinə görə, Trampın tərəfdarları onun əleyhdarları ilə qarşıdurmadan sonra bara daxil olmağa çalışarkən polislə toqquşma yaranıb.

İki nəfərə qarşı ittiham irəli sürülüb. Polis Trampın tərəfdarlarından birinin cüzi xəsarət aldığını deyir.

Daha bir nümayişçi isə polisi təhqirə görə məsuliyytə cəlb edilib.

ABŞ və dünyanın 135-dən çox şəhərində etirazçılar ötən il keçirilən prezident seçkisinin Donald Trampın xeyrinə nəticələnməsinə təsir göstərməsi üçün prezident Donald Trampın seçki kampaniyası ilə Rusiya arasında mümkün əlaqənin qərəzsiz bir şəkildə təhqiq edilməsini tələb edib.

“Həqiqət Uğruna Yürüş” adlı etirazlar Qadınların Yürüşü və Amerikanın Mütərəqqi Demokratları daxil olmaqla 17 fəal qrupdan ibarət milli koalisiya tərəfindən təşkil olunub.

“Həqiqət Uğrunda Yürüş” Tramp seçiləndən bəri ona qarşı keçirilən bir çox həftəsonu nümayişlərindən biri olub. Bunlardan ən böyükləri yanvar ayında keçirilən Qadınlar Yürüşü və aprel ayında keçirilən Elm Uğrunda Yürüşdür.