Prezident Donald Tramp özünün ilk xarici səfərinə hazırlaşdığı vaxt onun Federal Təhqiqatlar Bürosunun direktoru Ceyms Komini işdən çıxarması, keşmiş milli təhlükəsizlik müşaviri Maykl Flinnin Rusiya ilə əlaqələrinə dair təhqiqatın dayandırılması üçün təzyiq göstərməsi və Rusiya ilə kəşfiyyat məlumatlarını bölüşdüyü haqda iddialar Vaşinqtonda əsl siyasi təlatüm yaradıb. Prezidentin ziddiyyətli addımları onun etibarlılığı ilə bağlı sualların yaranmasına gətirib çıxarıb.
Mətbuat üzvləri prezident Trampın Rusiya rəsmiləri ilə kəşfiyyat məlumatlarını bölüşdüyü haqda suallar yağdırdıqca Ağ Evdə daha bir çətin gün yaşanırdı.
Tarixdə heç bir siyasətçiyə və mən bunu tam əminliklə deyirəm, bu cür pis və ədalətsiz münasibət göstərilməyib.Donald Tramp
Demək olar gün mediada verilən xəbərlərlə yeni bir böhran yaranır. Buraya prezidentin Federal Təhqiqatlar Bürosunun (FBI) keçmiş direktoru Ceyms Komiyə keşmiş milli təhlükəsizlik müşaviri Maykl Flinnin Rusiya ilə əlaqələrinə dair təhqiqatın dayandırılması üçün təzyiq göstərməsi daxildir.
Konnektikut ştatında Sahil Keşikçiləri kadet korpusunun məzunları qarşısında çıxışında Tramp tənqidçilərini və xəbər mediasını tənqid atəşinə tutdu.
ABŞ prezidenti Donald Tramp: “Tarixdə heç bir siyasətçiyə və mən bunu tam əminliklə deyirəm, bu cür pis və ədalətsiz münasibət göstərilməyib. Onlara sizi yıxmağınıza imkan verməməlisiniz. Tənqidçilər və skeptiklərin sizin arzularınızın qarşısını almasına imkan verməyin.”
Ağ Evdə təlatümlər yaşanan zaman Senatda demokrat azlığın lideri Çak Şumer prezidentə inamla bağlı sual qaldırıb.
“Administrasiyaya etibarla bağlı böhran yaşanır. Bunun bizə təsiri təsəvvür etdiyimizdən daha çox ola bilər. Bu siyahıda başda prezidentliyə inamın itirilməsi və bizim dostlarımız və müttəfiqlərimizin Amerikaya etibarını itirməsi gəlir”.
Konqresdə bəzi respublikaçılar, o cümlədən, spiker Pol Rayan Ağ Evin daha çox informasiya verməsini istəyir.
“Bizim əsas məqsədimiz işimizi qərəzsiz yerinə yetirmək və fakların toplanmasına diqqət verməkdir”.
Lakin siyasi hərcmərclik Senatda respublikaçı əksəriyyətin lideri Mitç Makkonnell kimi siyasətçilərə öz təsirini göstərir.
“Fikrimcə, Ağ Evlə bağlı dramatik hadisələr azalsa, bunun işə daha çox köməyi olar.”
Təhliçi Antoni Kordesman deyir ki, ölkə daxilində siyasi ziddiyyətlər prezidenti xarici səfəri boyu təqib edəcək.
Administrasiyaya etibarla bağlı böhran yaşanır. Bunun bizə təsiri təsəvvür etdiyimizdən daha çox ola bilər.Çak Şumer
“Birləşmiş Ştatlardan kənarda hamını maraqlandıran, lakin prezidentin özünə verilməyən bir sual var. O da prezidentin Konqresdə bölünmələr, onun öz partiyasındakı problemlərin həlli və siyasi proqramını yürütmək üçün kifayət qədər siyasi gücü ilə bağlıdır.”
Lakin hətta bəzi respublikaçılar da qeyd edir ki, belə böhranlı zamanlarda prezidentin davakar təbiəti probelm yaradır.
Respublikaçı strateq Con Feeri: “O, status-kvo vəziyyətini dəyişməyə söz vermişdi və bunu etdi. O, milli xəbər mediasında hazır və bacarıqlı opponentlər tapa bildi. Bu ona tərəfdarları ilə kömək edə bilər. Amma etibarın yaradılmasına gəldikdə, bu, onlara zərər vurur.”
Prezidentin bundan sonra da etibarlılıq testləri keçməli olacağı gözlənilir. Federal Təhqiqatlar Bürosunun keçmiş direktoru Kominin Konqresdə prezidentlə münasibətləri ilə bağlı ifadələri ən ciddi testlərdən biri ola bilər.