Trampın əsgər ölümünə reaksiyası geniş müzakirələrə səbəb olub [Video]

Your browser doesn’t support HTML5

Floridalı Konqres üzvü Frederika Uilson deyir ki, prezident Tramp Consonun hamilə yoldaşına zəng edəndə, o onunla bərabər maşında idi. Uilsonun sözlərinə görə, Tramp yenicə həyat yoldaşını itirmiş dul qadına yoldaşının nəyə getdiyini bildiyini deyib.

“Sən matəmdə olan dul qadına həyat yoldaşının ölümə getdiyini bildiyini deməməlisən.”

Tramp çərşənbə günü bu sözləri işlətmədiyini dedi.

“Konqres üzvünün səsləndirdiklərini deməmişəm. Ümumiyyətlə elə söz işlətməmişəm. O bunu bilir və ona görə artıq öz sözləri demir. Onun dediklərini deməmişəm və mən onun təkzib etməsini istəyirəm.”

Lakin Uilson öz sözündən geri çəkilmədi.

“Qoy telefon danışığının yazısını təqdim etsin. Mən maşında olan yeganə insan deyildim. Həmin telefon danışığı ilə bağlı yalan deməyə ehtiyacımım yoxdur.”

Deyvid Consonun anası Vaşinqton Posta müsahibə verərk, Uilsonun sözlərini təsdiq edib. Ağ Ev isə çərşənbə günü danışığın yazısının olmadığını, amma prezidentin aparat rəhbəri Con Kellinin telefon zəngi zamanı prezidentin yanında olduğunu və onun danışığında qəbuledilməz heç nəyin olmadığını bildirib.

“Onun fikrincə prezident zəng zamanı höhmətlə danışıb və həmin vəziyyətdə ölkə adından başsağlığı vermək üçün lazım olanı edib.”

Tramp Nigerdə həlak olan əsgərləri ailələrin ilə əlaqə yaratmaqda gecikdiyi üçün tənqidlərlə qarşılaşmışdı. O isə öz növbəsini sələflərini tənqid edərək, özünü müdafiə edib.

“Siz əgər prezident Obama və digər prezidentlərə baxsanız görərsiniz ki, onların əksəriyyəti zəng etməyib. Mən zəng etməyi sevirəm. Uyğun olanda və bunu etmək iqtidarında olduğum halda zəng edirəm.”

Sabiq prezidentlərin köməkçiləri bu bəyanatı mübahisələndirdiyi zaman isə, Tramp televiziya müsahibəsində bildirib ki, Kellinin oğlu 2010-cu ildə Əfqanıstanda həlak olanda prezident Obama ona zəng etməmişdi. Kelli bunu şərh etməsə də müxbirlər onun və həyat yoldaşının həlak olan əsgərlərin ailələri ilə 2011-ci ildə Ağ Evdə keçirilən səhər yeməyində iştirak etdiyini və birinci xanım Mişel Obama ilə bir masada oturduqlarını müəyyən ediblər.

Prezident Tramp ABŞ ordusunun əhəmiyyətini vurğulayıb və hərbi xərclərin artırlımasını dəstəkləyib. Lakin onun əsgər ölümlərinə reaksiyası geniş tənqidlərə səbəb olub.